Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Təhlükəsizlik qüvvələri İstanbulda terror hücumunu həyata keçirən şəxsi saxladılar

© AP Photo / Francisco Secoİstanbulda partlayış yerində
İstanbulda partlayış yerində - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Abunə olmaq
İstanbulun Beyoğlu bölgəsində 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı terror aktı ilə bağlı genişmiqyaslı araşdırmaya başlayan Türkiyə polisi terrorçunun tutulması üçün əməliyyat keçirib.
BAKI, 14 noyabr — Sputnik. İstanbulda baş vermiş terror aktını törətməkdə şübhəli bilinən şəxslər Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.
İstanbulun Beyoğlu bölgəsində 6 nəfərin öldüyü, 81 nəfərin yaralandığı terror aktı ilə bağlı genişmiqyaslı araşdırmaya başlayan Türkiyə polisi terrorçunun tutulması üçün əməliyyat keçirib.
Terror aktını törətməkdə şübhəli bilinən qadının saxlanıldığı əməliyyatın görüntüləri ortaya çıxıb.
Daxili işlər naziri Süleyman Soylu araşdırma aparıldıqdan sonra İstiqlal küçəsində bombanı yerləşdirən şəxsin tutulduğunu açıqlamışdı.
Nazir Soylu açıqlamasında bunları deyib:
"Bu terror aktının həyata keçirildiyi andan İstanbul Polis İdarəmiz və bütün bölmələrimiz əmrin alındığı yer və hücumu həyata keçirən şəxslərlə bağlı araşdırma aparıb. Biz hadisə yerindəyik. İlk qiymətləndirmələrdən bu yana eyni iz üstündəyik. Hərəkət əmrinin Kobanidən gəldiyinə dair ehtimallarımız var.
Hadisəni törədən və bombanı qoyan şəxs İstanbul Polis Şöbəmizin qrupları tərəfindən saxlanılıb. Bundan əvvəl daha 21 nəfər saxlanılmışdı. Bu işdə zəhməti olan dostlarıma xüsusi minnətdarlığımı bildirirəm. Çünki tutulmasalar hara gedəcəkləri ilə bağlı məlumatlarını da veriblər. Bu, hansı əməliyyatla qarşılaşdığımızın ən bariz ifadəsidir".
Xəbər lenti
0