https://sputnik.az/20221114/tovuzda-narkokuryer-tutulub-448523110.html
Tovuzda narkokuryer tutulub
Tovuzda narkokuryer tutulub
Sputnik Azərbaycan
Həmin şəxs Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman əyləşdiyi taksidən 1 kiloqram 108 qram heroin və 385 qram marixuana aşkar... 14.11.2022, Sputnik Azərbaycan
2022-11-14T14:13+0400
2022-11-14T14:13+0400
2022-11-14T14:13+0400
narkotik
cəmiyyət
kuryer
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_0:0:3105:1748_1920x0_80_0_0_1e1ac7b6ca4c5f81fa09587eec6dedfe.jpg
BAKI, 14 noyabr — Sputnik. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla Azərbaycan ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Rzayev sosial şəbəkələr üzərindən əcnəbi vətəndaş ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Tovuz rayonu ərazisində gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına aparmaq barədə razılaşıb.Həmin şəxs Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman əyləşdiyi taksidən 1 kiloqram 108 qram heroin və 385 qram marixuana aşkar edilərək götürülüb.Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951662_30:0:2761:2048_1920x0_80_0_0_073578caa402557e89969a15a80e5694.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, kuryer
Tovuzda narkokuryer tutulub
Həmin şəxs Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman əyləşdiyi taksidən 1 kiloqram 108 qram heroin və 385 qram marixuana aşkar edilərək götürülüb.
BAKI, 14 noyabr — Sputnik. Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla Azərbaycan ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryer saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elməddin Rzayev sosial şəbəkələr üzərindən əcnəbi vətəndaş ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Tovuz rayonu ərazisində gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına aparmaq barədə razılaşıb.
Həmin şəxs Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman əyləşdiyi taksidən 1 kiloqram 108 qram heroin və 385 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.