Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Tez xarab olan malların gömrük nəzarətindən sürətli keçidi təmin olunacaq

© State Border Service of Azerbaijan RepublicQırmızı körpü gömrük-keçid məntəqəsi
Qırmızı körpü gömrük-keçid məntəqəsi  - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Abunə olmaq
DGK rəhbərliyi və Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri kənd təsərrüfatı məhsullarını ixrac edən sahibkarlarla görüşüb.
BAKI, 14 noyabr — Sputnik. Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarının, xüsusilə tez xarab olan malların gömrük nəzarətindən sürətli keçidi təmin olunacaq.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu barədə Komitədə keçirilən kənd təsərrüfatı məhsullarını ixrac edən sahibkarlarla görüşü zamanı bildirilib.
Məlumata görə, görüşdə DGK rəhbərliyi və Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti qurumlarının nümayəndələri də iştirak ediblər.
Görüşdə eləcə də meyvə-tərəvəz məhsullarının satışı zamanı konsiqnasiya rejimi ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin aktual məsələlər üzrə gömrük-biznes əməkdaşlığının daha da gücləndirilməsi, idxal-ixrac əməliyyatları zamanı qanunvericiliyin tələblərinə düzgün əməl olunması, könüllü riayət prinsipinin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib.
Xatırladaq ki, "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Rusiya istiqamətində kənd təsərrüfatı məhsullarının daşınması üçün vaqonların sayını artırıb, çünki xurma, alma kimi məhsullar mövsümi xarakter daşıdığından şimal istiqamətində bu tipli daşımalarda artım qeydə alınıb. Həm yerli, həm də tranzit yük maşınları ilə bağlı yaranmış sıxlıqla əlaqədar dəmir yol nəqliyyatı ilə bu daşımalarda istifadə olunan qapalı vaqonlara olan tələbat artıb. Daşınma üçün əvvəlki dövrlərdə olduğu kimi ümumilikdə 358 vaqon cəlb edilib. Yaranmış sıxlıqla əlaqədar olaraq qısa zaman ərzində digər marşrutlarda istismar olunan 30 ədəd vaqon əlavə kənd təsərrüfatı məhsullarının daşınması üçün ayrılıb.
Xəbər lenti
0