Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

© AFP 2024 / NIKOLAY DOYCHINOVDövlət sərhədi, arxiv şəkli
Dövlət sərhədi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Abunə olmaq
Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
BAKI, 14 noyabr — Sputnik. Noyabr ayının 11-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, keçirilmiş tədbirlər nəticəsində Qazax rayon sakini 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılıb və şəxsin üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram 900 qram narkotik vasitəyə bənzər maddələr (9 kq 300 qram "marixuana", 100 qram "tiryək" və ümumi çəkisi 500 qram olan 400 ədəd psixotrop tərkibli "metadon-40" həbləri) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Xəbər lenti
0