DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərbin sanksiyaları Rusiyaya Çinin timsalında mühüm müttəfiq bəxş etdi - KİV

© AFP 2023 / STRÇin hərbçiləri, arxiv şəkli
Çin hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Abunə olmaq
Çindən Rusiyaya ixrac 2022-ci ilin yayında 23% artıb.
BAKI, 14 noyabr - Sputnik. 2022-ci ilin yayında Çindən Rusiyaya ixrac 23% artıb Qərb ölkələrinin tətbiq etdiyi anti-Rusiya sanksiyaları Moskvaya Pekinin timsalında mühüm müttəfiq bəxş edib. Bu fikri “Deutsche Wirtschafts Nachrichten”in şərhçisi Qreqori Uliq bildirib.
“Rusiyanın Avropa ilə ticarəti kəskin şəkildə aşağı düşdüyündən Çin Rusiya üçün ən böyük ixracatçıya çevrilib” deyilən məqalədə qeyd olunub ki, Çindən Rusiyaya ixrac 2022-ci ilin yayında 23% artıb. Bu da Pekinin Avropanı keçməsinə kömək edib. Bu ilin oktyabrında isə ölkələr arasında ticarət dövriyyəsi 35% artıb.
Jurnalist, həmçinin, Moskva və Pekinin dəmir yolu vasitəsi ilə ticarət dövriyyəsinin həcmini artırmaq üçün təsirli potensialını qeyd edir ki, bu da malların çatdırılma sürətini artırmağa kömək edir.
Xatırladaq ki, noyabrın 13-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şərqi Asiya Sammitində (ŞAS) iştirakının yekunlarına dair brifinqdə bildirib ki, Rusiya və Çin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAH) rolunu qorumaqda həmrəydirlər.
Xəbər lenti
0