https://sputnik.az/20221114/neft-niye-ucuzlasib-448539991.html
Neft niyə ucuzlaşıb?
Neft niyə ucuzlaşıb?
Sputnik Azərbaycan
ABŞ Mərkəzi Bankı rəsmilərinin verdiyi son mesajlardan sonra dollarda möhkəmlənmə tendensiyası müşahidə edilir 14.11.2022, Sputnik Azərbaycan
2022-11-14T15:20+0400
2022-11-14T15:20+0400
2022-11-14T15:36+0400
neft
neft-qaz
neft qiymətləri
neft qiymətləri ətrafındakı ajiotaj
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426298987_0:0:3072:1728_1920x0_80_0_0_da29adb5fa736086256f8a6333b30598.jpg
BAKI, 14 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.London birjasında "Brent" markalı neftin qiyməti 0,50 dollar azalaraq 95,49 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,52 dollar ucuzlaşaraq 88,44 dollar olub.Qeyd edək ki, ABŞ Mərkəzi Bankı rəsmilərinin verdiyi son mesajlardan sonra dollarda möhkəmlənmə tendensiyası müşahidə edilir. Bu da neft qiymətlərinin ucuzlaşmasına səbəb olur. Lakin digər tərəfdən isə Çində neft tələbi ilə bağlı nikbin yanaşma var. Çünki Çin pandemiya ilə bağlı bəzi sərt məhdudiyyətləri yüngülləşdirib. Bundan başqa, ABŞ-da işlək neft-qaz buruqlarının sayı ardıcıl ikinci həftə də artıb.Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,51 dollar və ya 2,6% artaraq 98,47 dollar təşkil edib.Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/17/426298987_341:0:3072:2048_1920x0_80_0_0_d46308e23e6faae321f003fbf2b06ddf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, neft qiymətləri, neft qiymətləri ətrafındakı ajiotaj
neft, neft qiymətləri, neft qiymətləri ətrafındakı ajiotaj
Neft niyə ucuzlaşıb?
15:20 14.11.2022 (Yenilənib: 15:36 14.11.2022) ABŞ Mərkəzi Bankı rəsmilərinin verdiyi son mesajlardan sonra dollarda möhkəmlənmə tendensiyası müşahidə edilir
BAKI, 14 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,50 dollar azalaraq 95,49 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,52 dollar ucuzlaşaraq 88,44 dollar olub.
Qeyd edək ki, ABŞ Mərkəzi Bankı rəsmilərinin verdiyi son mesajlardan sonra dollarda möhkəmlənmə tendensiyası müşahidə edilir. Bu da neft qiymətlərinin ucuzlaşmasına səbəb olur. Lakin digər tərəfdən isə Çində neft tələbi ilə bağlı nikbin yanaşma var. Çünki Çin pandemiya ilə bağlı bəzi sərt məhdudiyyətləri yüngülləşdirib. Bundan başqa, ABŞ-da işlək neft-qaz buruqlarının sayı ardıcıl ikinci həftə də artıb.
Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,51 dollar və ya 2,6% artaraq 98,47 dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.