Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb

© Depositphotos.com / KonejotaQəza, arxiv şəkli
Qəza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.11.2022
Abunə olmaq
Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi "KamAZ" markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.
BAKI, 14 noyabr — Sputnik. Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə noyabrın 14-ü saat 2 radələrində rayonun Yanşaq kəndi ərazisində qeydə alınıb.
Belə ki, Neftçala rayon sakini Məcnun İsrafilov idarə etdiyi "KamAZ" markalı avtomobili dərəyə aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.
Kəlbəcər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəbər lenti
0