https://sputnik.az/20221114/abseron-su-kanalinda-baliqlar-kutlevi-mehv-olur---sok-goruntuler-448535956.html
Abşeron su kanalında balıqlar kütləvi məhv olur - Şok görüntülər
Abşeron su kanalında balıqlar kütləvi məhv olur - Şok görüntülər
Sputnik Azərbaycan
Hüquqşunas bildirib ki, bu kanalın suyundan Sumqayıtdan başlayaraq, Zirə kəndinə qədər bütün Abşeron yarmadası əhalisi geniş istifadə edir. 14.11.2022, Sputnik Azərbaycan
2022-11-14T14:28+0400
2022-11-14T14:28+0400
2022-11-14T14:28+0400
abşeron
cəmiyyət
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
kanal
balıq ölümü
balıq ölümləri
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441100189_0:104:2000:1229_1920x0_80_0_0_7d52a5c8c8c7cf70af7dfb1d28e46e33.jpg
BAKI, 14 noyabr — Sputnik. Dəvəçi-Abşeron su kanalının Novxanı ərazisindən keçən hissəsində artıq bir neçə gündür ki, kanala zəhərli kimyəvi maddələr axıdılması səbəbindən, kanalda yaşayan və suyun təmizlik indikatoru rolunu oynayan canlılar, başlıca olaraq müxtəlif növ balıqlar, su qunduzları və tısbağalar kütləvi surətdə məhv olur.Bu barədə hüquqşunas Namizəd Səfərov öz sosial şəbəkə hesabında məlumat yayıb. Bildirib ki, kanal ətrafında yaşayan insanlar, mövcud ekoloji fəlakət barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, çətinliklə olsa belə, dəfələrlə məlumat verilib: "Özünü nazirliyin əməkdaşı kimi təqdim edən Elçin Telmanovla əlaqə saxlayaraq mən də baş verənlər barədə yenidən məlumat verməyi özümə borc bildim. Lakin, uzun-uzadı danışıqdan anladım ki, vəziyyət nazirliyi qətiyyən maraqlandırmır və narahat etmir. Onlar daha vacib məsələlərlə məşğuldurlar. Təsəvvür edin ki, məndən canlıların kütləvi qaydada qırılmasının hansı obyektin yaxınlığında baş verdiyini dəqiqləşdirir. Deyirəm obyekt nədir, bütün kanal boyu ölmüş balıqlar axır. Zəhərli kimyəvi maddənin kanala axıdıldığı mənbənin aşkar edilməsi on dəqiqəlik zəhmət tələb edir. Siz isə bir həftədir heç bir tədbir görmürsünüz. Sonda qeyd edim ki, bu kanalın suyundan Sumqayıtdan başlayaraq, Zirə kəndinə qədər bütün Abşeron yarmadası əhalisi geniş istifadə edir".N.Səfərobv bunu əks etdirən görüntülər də paylaşıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır. Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Dilqəm Şərifov da bu məsələnin araşdırılacağını, bundan sonra geniş məlumat veriləcəyini söyləyib: "Məlumatlar müvafiq idarəyə göndərilib. Hazırda məsələ araşdırılır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441100189_112:0:1889:1333_1920x0_80_0_0_91a47163e3efe67013eabccd7612de24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
abşeron, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, kanal, balıq ölümü, balıq ölümləri
abşeron, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti, kanal, balıq ölümü, balıq ölümləri
Abşeron su kanalında balıqlar kütləvi məhv olur - Şok görüntülər
Hüquqşunas bildirib ki, bu kanalın suyundan Sumqayıtdan başlayaraq, Zirə kəndinə qədər bütün Abşeron yarmadası əhalisi geniş istifadə edir.
BAKI, 14 noyabr — Sputnik. Dəvəçi-Abşeron su kanalının Novxanı ərazisindən keçən hissəsində artıq bir neçə gündür ki, kanala zəhərli kimyəvi maddələr axıdılması səbəbindən, kanalda yaşayan və suyun təmizlik indikatoru rolunu oynayan canlılar, başlıca olaraq müxtəlif növ balıqlar, su qunduzları və tısbağalar kütləvi surətdə məhv olur.
Bu barədə hüquqşunas Namizəd Səfərov öz sosial şəbəkə hesabında məlumat yayıb. Bildirib ki, kanal ətrafında yaşayan insanlar, mövcud ekoloji fəlakət barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, çətinliklə olsa belə, dəfələrlə məlumat verilib:
"Özünü nazirliyin əməkdaşı kimi təqdim edən Elçin Telmanovla əlaqə saxlayaraq mən də baş verənlər barədə yenidən məlumat verməyi özümə borc bildim. Lakin, uzun-uzadı danışıqdan anladım ki, vəziyyət nazirliyi qətiyyən maraqlandırmır və narahat etmir. Onlar daha vacib məsələlərlə məşğuldurlar. Təsəvvür edin ki, məndən canlıların kütləvi qaydada qırılmasının hansı obyektin yaxınlığında baş verdiyini dəqiqləşdirir. Deyirəm obyekt nədir, bütün kanal boyu ölmüş balıqlar axır. Zəhərli kimyəvi maddənin kanala axıdıldığı mənbənin aşkar edilməsi on dəqiqəlik zəhmət tələb edir. Siz isə bir həftədir heç bir tədbir görmürsünüz. Sonda qeyd edim ki, bu kanalın suyundan Sumqayıtdan başlayaraq, Zirə kəndinə qədər bütün Abşeron yarmadası əhalisi geniş istifadə edir".
N.Səfərobv bunu əks etdirən görüntülər də paylaşıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırılır. Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məsələ araşdırıldıqdan sonra məlumat veriləcək.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Dilqəm Şərifov da bu məsələnin araşdırılacağını, bundan sonra geniş məlumat veriləcəyini söyləyib: "Məlumatlar müvafiq idarəyə göndərilib. Hazırda məsələ araşdırılır".