https://sputnik.az/20221113/nikahoncesi-muayinelere-narkoloji-test-de-daxil-edilmelidirmi-448299724.html
Nikahöncəsi müayinələrə narkoloji test də daxil edilməlidirmi?
Nikahöncəsi müayinələrə narkoloji test də daxil edilməlidirmi?
Sputnik Azərbaycan
Boşanmaların sayını azaltmaq üçün nikahöncəsi müayinələrə narkoloji testin də daxil edilməsi təklif edilir 13.11.2022, Sputnik Azərbaycan
2022-11-13T23:30+0400
2022-11-13T23:30+0400
2022-11-13T23:30+0400
nikah
cəmiyyət
test
narkotik
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358320_0:214:2885:1836_1920x0_80_0_0_dbc192a0aadca569942dd2be75bb2cad.jpg
BAKI, 13 noyabr — Sputnik. Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib. 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.Boşanmalarda da narkomaniyanın müəyyən çəkisi var. Bu isə onu deməyə əsas verir ki, ailə qurarkən şəxs narkoman olmasını qarşı tərəfdən gizlədir. Belə olan halda, maraqlıdır, nikahöncəsi müayinələr zamanı cütlüklərin narkoloji testdən keçirilməsi də önəmlidirmi?Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuçəri isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ailə qurmazdan öncə cütüklərin narkotik aludəçisi olub-olmadığını müəyyənləşdirmək üçün narkoloji testdən keçirilmələri çox vacibdir: "Çünki bəzən insanlar özləri də xəbəri olmadan narkotikə "otuzdurulur". Qadınlar arıqlamaq, iştəhanı azaltmaq, işdə özlərini daha enerjili hiss etmək üçün narkotikdən istifadə edirlər və ilk günlərdə buna adi bir şey kimi baxırlar. Təbii ki, sonradan, 15-20 günə istər-istəməz bunun ziyanlarını görürlər"."Yeni narotik növlər çıxmazdan öncə qadınlar öncəki narkotiklərin nə kimi fəsadlarının olduğunu bilirdi. Çünki bu narkotiklər "kayf" verirdi, uyudurdu. Lakin indiki narkotiklər uyutmur, camaatın çoxu marixuanaya narkotik kimi deyil, sadə bir şey kimi baxır. Yəni, indiki halda bəzən şəxslər bunun narkotik olduğunu bilərəkdən onu qəbul edirlər və hesab edirlər ki, bu spirtli içkidən daha yüngül təsirə malikdir", - deyə o əlavə edib.Narkoloji testdən öncə şəxslər hansı dərmanları içdiklərini mütləq şəkildə deməlidirlər.O bildirir ki, narkoloji test məcburi olarsa, bu zaman gələcəkdə baş verə biləcək bir sıra fəsadların qarşısını almaq mümkün olar: "Çünki narkomaniya ən çox da gələcək nəsilə ziyan vurur. Hətta bəzi hallarda doğulan uşaqlar da "lomka"da doğulur. Doğulan uşağın bədəni narkotik tələb edir"."Bu cür evliliklərin nəticəsində bədbəxt, şikəst, geni mutasiya olunan uşaqlar dünyaya gəlir, bədbəxt gələcəyin təməli qoyulur. Evliliklər də uğurlu olmur, nəticədə boşanmaların sayı artır. Təkcə boşanmalar deyil, oğurluqlar, təcavüz və cinayətlərin də sayı artır", - deyə A.Manuçəri bildirib."Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəxs özü haqda məlumatları gizlədirsə, bu zaman nikah öncəsi müayinələrdə narkolojitestdən keçriilmə də əhəmiyyət daşıyır: "Əksər hallarda şəxslər özləri ilə bağlı müəyyən məlumatları gizlədir və düşünür ki, qarşı tərəf bunu bilərsə, dözümlü olmaz, münasibətlər korlanar. Bunun fəsadını sonralar daha aydın görmək olar. Belə olan halda şikəst övladlar dünyaya gəlir, zorakılığa meyilli ailələr peyda olur". "Hər bir şəxsin öz həyatı ilə öncədən məlumat almaq haqqı var", - deyə o əlavə edib.M.Zeynalovanın sözlərinə görə boşanmalarda narkomaniya da müəyyən paya malikdir. Qeyd edək ki, qanunvericiliyə görə, hazırda nikahöncəsi hemoqlobinopatiyalar, böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya, İİV/QİÇS, sifilisə görə müayinələr aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42435/83/424358320_76:0:2807:2048_1920x0_80_0_0_501f009f98c0222cf88ab50556eace6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikah, test, narkotik
Nikahöncəsi müayinələrə narkoloji test də daxil edilməlidirmi?
Boşanmaların sayını azaltmaq üçün nikahöncəsi müayinələrə narkoloji testin də daxil edilməsi təklif edilir
BAKI, 13 noyabr — Sputnik. Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib. 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.
Boşanmalarda da narkomaniyanın müəyyən çəkisi var. Bu isə onu deməyə əsas verir ki, ailə qurarkən şəxs narkoman olmasını qarşı tərəfdən gizlədir. Belə olan halda, maraqlıdır, nikahöncəsi müayinələr zamanı cütlüklərin narkoloji testdən keçirilməsi də önəmlidirmi?
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuçəri isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ailə qurmazdan öncə cütüklərin narkotik aludəçisi olub-olmadığını müəyyənləşdirmək üçün narkoloji testdən keçirilmələri çox vacibdir: "Çünki bəzən insanlar özləri də xəbəri olmadan narkotikə "otuzdurulur". Qadınlar arıqlamaq, iştəhanı azaltmaq, işdə özlərini daha enerjili hiss etmək üçün narkotikdən istifadə edirlər və ilk günlərdə buna adi bir şey kimi baxırlar. Təbii ki, sonradan, 15-20 günə istər-istəməz bunun ziyanlarını görürlər".
"Yeni narotik növlər çıxmazdan öncə qadınlar öncəki narkotiklərin nə kimi fəsadlarının olduğunu bilirdi. Çünki bu narkotiklər "kayf" verirdi, uyudurdu. Lakin indiki narkotiklər uyutmur, camaatın çoxu marixuanaya narkotik kimi deyil, sadə bir şey kimi baxır. Yəni, indiki halda bəzən şəxslər bunun narkotik olduğunu bilərəkdən onu qəbul edirlər və hesab edirlər ki, bu spirtli içkidən daha yüngül təsirə malikdir", - deyə o əlavə edib.
Narkoloji testdən öncə şəxslər hansı dərmanları içdiklərini mütləq şəkildə deməlidirlər.
O bildirir ki, narkoloji test məcburi olarsa, bu zaman gələcəkdə baş verə biləcək bir sıra fəsadların qarşısını almaq mümkün olar: "Çünki narkomaniya ən çox da gələcək nəsilə ziyan vurur. Hətta bəzi hallarda doğulan uşaqlar da "lomka"da doğulur. Doğulan uşağın bədəni narkotik tələb edir".
"Bu cür evliliklərin nəticəsində bədbəxt, şikəst, geni mutasiya olunan uşaqlar dünyaya gəlir, bədbəxt gələcəyin təməli qoyulur. Evliliklər də uğurlu olmur, nəticədə boşanmaların sayı artır. Təkcə boşanmalar deyil, oğurluqlar, təcavüz və cinayətlərin də sayı artır", - deyə A.Manuçəri bildirib.
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şəxs özü haqda məlumatları gizlədirsə, bu zaman nikah öncəsi müayinələrdə narkolojitestdən keçriilmə də əhəmiyyət daşıyır: "Əksər hallarda şəxslər özləri ilə bağlı müəyyən məlumatları gizlədir və düşünür ki, qarşı tərəf bunu bilərsə, dözümlü olmaz, münasibətlər korlanar. Bunun fəsadını sonralar daha aydın görmək olar. Belə olan halda şikəst övladlar dünyaya gəlir, zorakılığa meyilli ailələr peyda olur".
"Hər bir şəxsin öz həyatı ilə öncədən məlumat almaq haqqı var", - deyə o əlavə edib.
M.Zeynalovanın sözlərinə görə boşanmalarda narkomaniya da müəyyən paya malikdir.
Qeyd edək ki, qanunvericiliyə görə, hazırda nikahöncəsi hemoqlobinopatiyalar, böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya, İİV/QİÇS, sifilisə görə müayinələr aparılır.