DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mask “Twitter Blue”nun bərpa ediləcəyi zamanı açıqlayıb

© Ryan Lash / TED Conferences, LLC / AFPИлон Маск, фото из архива
Илон Маск, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.11.2022
Abunə olmaq
Twitter Blue abunəçilərə premium funksiyalara giriş imkanı verən aylıq ödənişli abunədir.
BAKI, 13 noyabr - Sputnik. Twitter Blue premium abunəliyi gələn həftənin sonunda bərpa olunacaq.
APA xəbər verir ki, bu açıqlamanı amerikalı iş adamı İlon Mask “Twitter“də istifadəçinin abunə ilə bağlı sualını cavablandırarkən deyib.
"Yəqin ki, gələn həftənin sonuna qədər bərpa olunacaq", - deyə Mask hesabında yazıb.
Twitter Blue abunəçilərə premium funksiyalara giriş imkanı verən aylıq ödənişli abunədir.
Qeyd edək ki, Mask oktyabrın 28-də Twitter-in tam sahibi oldu. O, bundan dərhal sosial şəbəkədə genişmiqyaslı islahatlara başladı və şirkətin direktorlar şurasını buraxdı.
Lakin sonradan sosial şəbəkənin alınmasının Maskı 70 milyard dollar ziyana saldığı barədə məlumatlar yayılıb.
Xəbər lenti
0