DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

G20 ölkələri pandemiya fondu yaradır

© AP Photo / Mark LennihanКупюры долларов, фото из архива
Купюры долларов, фото из архива - Sputnik Azərbaycan, 1920, 13.11.2022
Abunə olmaq
Plana görə, bu vəsait yoxsul ölkələr arasında bölüşdürülməlidir.
BAKI, 13 noyabr - Sputnik. G20 ölkələrinin maliyyə nazirlikləri yeni pandemiyalarla mübarizə üçün nəzərdə tutulan fondun yaradılması barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikin bildirib.
24 ölkə və təşkilat qlobal fondun inkişafı üçün 1,4 milyard dollar sərmayə qoymağı öhdəsinə götürüb.
İndoneziya Səhiyyə Nazirliyinin rəhbərinin sözlərinə görə, yaxın 5-10 ildə bu məbləğ 10 milyarda qədər arta bilər.
Plana görə, bu vəsait yoxsul ölkələr arasında bölüşdürülməlidir.
Bu pul peyvənd, dərman və sınaq avadanlığının alınmasına sərf olunacaq.
Xəbər lenti
0