DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Canet Yellen: “ABŞ üçün təhlükə yaranacaq”

© AFP 2024 / SAUL LOEBABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen
ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen - Sputnik Azərbaycan, 1920, 13.11.2022
Abunə olmaq
2021-ci ilin dekabr ayının sonlarında ABŞ Prezidenti Cozef dövlət borcu tavanının 2,5 trilyon dollar artırılaraq 31,4 trilyon dollara çatdırılmasını özündə ehtiva edən qanunu imzalayıb.
BAKI, 13 noyabr - Sputnik. “Konqres ölkənin dövlət borcu tavanının artırılmasını növbəti dəfə dəstəkləməsə, bu, Amerika Birləşmiş Ştatlarının maliyyə sistemi üçün böyük təhlükə yaradacaq”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
“Əgər bu həyata keçirilməsə, bu, ölkə üçün nəhəng təhlükəyə çevriləcək. Amerikanın kredit reytinqini və dünyanın ən mühüm maliyyə bazarının fəaliyyətini təhlükə altına atmaq tamamilə məsuliyyətsizlikdir”-deyə, o bildirib.
Beləliklə, ABŞ Maliyyə Nazirliyinin rəhbəri aralıq seçkilərin nəticələrinə görə ABŞ Konqresinin yuxarı və aşağı palatalarına nəzarətin iki fərqli partiyaya keçə biləcəyi vəziyyəti şərh edib.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayının sonlarında ABŞ Prezidenti Cozef dövlət borcu tavanının 2,5 trilyon dollar artırılaraq 31,4 trilyon dollara çatdırılmasını özündə ehtiva edən qanunu imzalayıb.
Xəbər lenti
0