DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada ABŞ-ın addımlarını axmaqlıq adlandırıblar

© AP Photo / Michael SohnПарламент Германии
Парламент Германии - Sputnik Azərbaycan, 1920, 13.11.2022
Abunə olmaq
Bundestaqın deputatı Sara Vaqenknext: “Avropa ilə Rusiya arasındakı əməkdaşlıq ABŞ-ın “gözünə sanki bir tikan kimi” batırdı. ABŞ-ın axmaqlığı Rusiya və Çini sərt şəkildə cilovlamaqda idi".
BAKI, 13 noyabr - Sputnik. Alman bundestaqının sol partiyadan olan deputatı Sara Vaqenknext özünün “YouTube” kanalında bildirib ki, "Vaşinqton ABŞ-ı yeganə dünya gücünə çevirmək məqsədini davam etdirir. Amerika rəhbərliyinin axmaqlığı ondan ibarətdir ki, o, Rusiya və ya Çin ilə tərəfdaşlıqda deyil, onları sərt şəkildə ələ keçirməkdə maraqlıdır. Qərb "parçala və hökm et" siyasətindən uzaqlaşmalıdır”.
Anti-Rusiya sanksiyalarını tənqid edən deputat bunların yalnız Vaşinqtona sərfəli olduğunu deyir.
“Sanksiyalar Avropada enerjini çox bahalaşdırıb. Buna Putin deyil, Qərb qərar verib. İqtisadi məhdudiyyətlər eyni dərəcədə Avropaya yönəlib. Həqiqət budur ki, Avropa-Rusiya enerji əməkdaşlığı 1970-ci illərdən bəri Amerika rəhbərliyinin gözünə sanki bir tikan kimi batıb”, - deyə Vaqenknext yekunlaşdırıb.
Daha əvvəl xəbər verİldiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrinin enerji siyasətini “iqtisadi intihar” adlandırıb.
Xəbər lenti
0