https://sputnik.az/20221112/qizlarin-davamli-tehsili-ve-lider-kimi-yetismesi-mediada-teblig-edilmelidir---deputat-448436282.html
Qızların davamlı təhsili və lider kimi yetişməsi mediada təbliğ edilməlidir - Deputat
Qızların davamlı təhsili və lider kimi yetişməsi mediada təbliğ edilməlidir - Deputat
Sputnik Azərbaycan
Nazirin sözlərinə görə, hazırda dünyada qızların ibtidai təhsilə cəlb edilməsi bir neçə yüz milyon qadının əmək bazarına daxil olmasına və ümumi daxili... 12.11.2022, Sputnik Azərbaycan
2022-11-12T10:45+0400
2022-11-12T10:45+0400
2022-11-12T10:45+0400
cəmiyyət
elm və təhsil nazirliyi
liderlik
emin əmrullayev
təhsil
məktəbli qız
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/08/448370649_0:107:2048:1259_1920x0_80_0_0_26b0f7b7313a60dc1c342f572ce2403f.jpg
BAKI, 10 noyabr - Sputnik. “Qızların təhsilli olması erkən yaşda nikahların, azyaşlı uşaqların ölümlərinin azalması deməkdir. Eyni zamanda, hazırda dünyada qızların ibtidai təhsilə cəlb edilməsi bir neçə yüz milyon qadının əmək bazarına daxil olmasına və ümumi daxili məhsulun daha da artmasına səbəb olur”.Bunu Elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək-2022” kampaniyası ilə bağlı tədbirdə bildirib. Nazir deyib ki, Azərbaycanda demək olar bütün qızlar ibtidai təhsillə təmin olunub.Onun sözlərinə görə, son dövrdə ali təhsilə müraciət edən qızların sayı oğlanların sayını üstələməyə başlayıb. Dünya Bankının hesabatlarına əsasən Azərbaycan iqtisadiyyatının inkişaf etməsi üçün ən qısa yollardan biri qadınların iqtisadiyyata cəlb olunmasıdır. Odur ki, qızların təhsili Elm və Təhsil Nazirliyi üçün əsas prioritetlərdən biridir.“Qızların davamlı təhsili onları parlaq gələcəyə aparan yol olsa da, bəzən qızlar erkən yaşda təhsillərini yarımçıq qoyurlar. Bu isə gələcəkdə onların əmək bazarında iştirakına mənfi təsir göstərir”, - nazir əlavə edib.Millət vəkili Kamilə Əliyeva deyir ki, qızların davamlı təhsili və onlarda liderlik qabiliyyətinin formalaşdırılması dünyada olduğu kimi Azərbaycan üçün də priotetdir. Qızların təhsilli olması ümumilikdə cəmiyyətin təhsilli olması deməkdir:“Təhsilli qızlar gələcəkdə ana olduqda ölkəmiz üçün layiqli vətəndaş yetişdirirlər. Bu baxımdan onların təhsili çox əhəmiyyətlidir”.Həmsöhbətimiz bildirir ki, gənc qızlar özlərində liderlik qabiliyyəti hiss edirlərsə, daha fəal olmalıdırlar:“Ölkəmizdə “Yüksəliş” adlı çox gözəl layihə həyata keçirilir. Mən arzu edərdim ki, qızlar özlərini sübut etmək üçün bu layihəyə qoşulsunlar. Bu cür layihələrdə iştirak etmək onların karyeraları üçün çox önəmlidir. Əgər biz statistikaya diqqət etsək görərik ki, dünyada əmək fəaliyyəti ilə məşğul olanların 40 faizi qadınlardır. Azərbaycanda isə bu rəqəm daha yüksəkdir. Məşğul əhalinin 45 faizini qadınlar təşkil edir. Bu 45 faizin içərisində qadınların 60 faizi dövlət işlərində çalışanlardır. Bu gün qadın sahibkarlarımız da daha çoxdur. Bunun üçün onlara böyük dəstək göstərilir. Nəticədə qadınlarımız böyük şirkətlər qururlar”.Millət vəkili deyir ki, təəssüf ki, kənd yerlərində valideynlər qızların təhsilə elə də ciddi meyil göstərmirlər: “Ona görə də, KİV vasitəsilə liderlik qabiliyyətinin, davamlı təhsilin təbliği vacibdir. Belə nümunələr cəmiyyətə media vasitəsilə göstərilməlidir. Televiziya verilişlərində onlar bu uğurları necə əldə etdiklərindən danışmalıdırlar. Bu ən gözəl təbliğat vasitələrindən biri olar”. K.Əliyeva deyir ki, mətbuat da qızların davamlı təhsilini təbliğ etməlidir. Deputat məktəblərdə qızlara davamlı təhsilə maraq oyadılmasının vacib olduğunu söyləyiblər. Məlumat üçün bildirək ki, Azərbaycanda iqtisadi fəal kişilərin 51,8 %-i, qadınların isə 48,2%-i məşğul əhalı qrupuna aiddir. İşsizlərin 57,5 %-ini qadınlar təşkil edir. Azərbaycanda qadınların orta əməkhaqqı kişi əməyinin yalnız 63,3%-ni təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6 %, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 %, emal sənayesi sahəsində 63,8 %, səhiyyə və sosial xidmətlər sahəsində 63,9 %, təhsil sahəsində isə 79 % təşkil edir. Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq hələ də sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, bu sahədə qadınların sayı 225 858 nəfər təşkil edir. Dövlət qadınların cəmiyyətdə, iqtisadiyyatda, sahibkarlıqda aktiv olması üçün tədbirləri davam etdirir. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin təşkil etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi”ndə “Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği” layihəsi çərçivəsində yazılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/08/448370649_114:0:1935:1366_1920x0_80_0_0_84673fc9b46a084b6d8b6ed1bb97109a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
elm və təhsil nazirliyi, liderlik, emin əmrullayev, təhsil, məktəbli qız
elm və təhsil nazirliyi, liderlik, emin əmrullayev, təhsil, məktəbli qız
Qızların davamlı təhsili və lider kimi yetişməsi mediada təbliğ edilməlidir - Deputat
Nazirin sözlərinə görə, hazırda dünyada qızların ibtidai təhsilə cəlb edilməsi bir neçə yüz milyon qadının əmək bazarına daxil olmasına və ümumi daxili məhsulun daha da artmasına səbəb olur.
BAKI, 10 noyabr - Sputnik. “Qızların təhsilli olması erkən yaşda nikahların, azyaşlı uşaqların ölümlərinin azalması deməkdir. Eyni zamanda, hazırda dünyada qızların ibtidai təhsilə cəlb edilməsi bir neçə yüz milyon qadının əmək bazarına daxil olmasına və ümumi daxili məhsulun daha da artmasına səbəb olur”.
Bunu Elm və təhsil naziri Emin Əmrullayev “Gənc Qızların Təhsilinə Dəstək-2022” kampaniyası ilə bağlı tədbirdə bildirib. Nazir deyib ki, Azərbaycanda demək olar bütün qızlar ibtidai təhsillə təmin olunub.
Onun sözlərinə görə, son dövrdə ali təhsilə müraciət edən qızların sayı oğlanların sayını üstələməyə başlayıb. Dünya Bankının hesabatlarına əsasən Azərbaycan iqtisadiyyatının inkişaf etməsi üçün ən qısa yollardan biri qadınların iqtisadiyyata cəlb olunmasıdır. Odur ki, qızların təhsili Elm və Təhsil Nazirliyi üçün əsas prioritetlərdən biridir.
“Qızların davamlı təhsili onları parlaq gələcəyə aparan yol olsa da, bəzən qızlar erkən yaşda təhsillərini yarımçıq qoyurlar. Bu isə gələcəkdə onların əmək bazarında iştirakına mənfi təsir göstərir”, - nazir əlavə edib.
Millət vəkili Kamilə Əliyeva deyir ki, qızların davamlı təhsili və onlarda liderlik qabiliyyətinin formalaşdırılması dünyada olduğu kimi Azərbaycan üçün də priotetdir. Qızların təhsilli olması ümumilikdə cəmiyyətin təhsilli olması deməkdir:
“Təhsilli qızlar gələcəkdə ana olduqda ölkəmiz üçün layiqli vətəndaş yetişdirirlər. Bu baxımdan onların təhsili çox əhəmiyyətlidir”.
Həmsöhbətimiz bildirir ki, gənc qızlar özlərində liderlik qabiliyyəti hiss edirlərsə, daha fəal olmalıdırlar:
“Ölkəmizdə “Yüksəliş” adlı çox gözəl layihə həyata keçirilir. Mən arzu edərdim ki, qızlar özlərini sübut etmək üçün bu layihəyə qoşulsunlar. Bu cür layihələrdə iştirak etmək onların karyeraları üçün çox önəmlidir. Əgər biz statistikaya diqqət etsək görərik ki, dünyada əmək fəaliyyəti ilə məşğul olanların 40 faizi qadınlardır. Azərbaycanda isə bu rəqəm daha yüksəkdir. Məşğul əhalinin 45 faizini qadınlar təşkil edir. Bu 45 faizin içərisində qadınların 60 faizi dövlət işlərində çalışanlardır. Bu gün qadın sahibkarlarımız da daha çoxdur. Bunun üçün onlara böyük dəstək göstərilir. Nəticədə qadınlarımız böyük şirkətlər qururlar”.
Millət vəkili deyir ki, təəssüf ki, kənd yerlərində valideynlər qızların təhsilə elə də ciddi meyil göstərmirlər:
“Ona görə də, KİV vasitəsilə liderlik qabiliyyətinin, davamlı təhsilin təbliği vacibdir. Belə nümunələr cəmiyyətə media vasitəsilə göstərilməlidir. Televiziya verilişlərində onlar bu uğurları necə əldə etdiklərindən danışmalıdırlar. Bu ən gözəl təbliğat vasitələrindən biri olar”.
K.Əliyeva deyir ki, mətbuat da qızların davamlı təhsilini təbliğ etməlidir. Deputat məktəblərdə qızlara davamlı təhsilə maraq oyadılmasının vacib olduğunu söyləyiblər. Məlumat üçün bildirək ki, Azərbaycanda iqtisadi fəal kişilərin 51,8 %-i, qadınların isə 48,2%-i məşğul əhalı qrupuna aiddir. İşsizlərin 57,5 %-ini qadınlar təşkil edir. Azərbaycanda qadınların orta əməkhaqqı kişi əməyinin yalnız 63,3%-ni təşkil edir. Bu rəqəm elmi-texniki fəaliyyət sahəsində 47,6 %, maliyyə və sığorta fəaliyyəti sahəsində 59,2 %, emal sənayesi sahəsində 63,8 %, səhiyyə və sosial xidmətlər sahəsində 63,9 %, təhsil sahəsində isə 79 % təşkil edir.
Qadın sahibkarlığına ölkədə kifayət qədər dəstək verilməsinə baxmayaraq hələ də sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Əgər 836 679 nəfər kişi fərdi sahibkarlıqla məşğul olursa, bu sahədə qadınların sayı 225 858 nəfər təşkil edir. Dövlət qadınların cəmiyyətdə, iqtisadiyyatda, sahibkarlıqda aktiv olması üçün tədbirləri davam etdirir. Yazı "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin təşkil etdiyi “2022-ci il kiçik qrant müsabiqəsi”ndə “Məktəbli qızlar arasında davamlı təhsil və liderliyin təbliği” layihəsi çərçivəsində yazılıb.