Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Maştağada ər arvadını qətlə yetirib

© AR Ministry of Internal AffairsЗдание Министерства Внутренних Дел Азербайджанской Республики
Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 12.11.2022
Abunə olmaq
Daxili İşlər Nazirliyi Maştağadakı qətllə bağlı məlumat yayıb.
BAKI, 12 noyabr - Sputnik. Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə noyabrın 11-də saat 21 radələrində Maştağa qəsəbəsində Sevinc Müseyibovanın öldürülməsi barədə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Maştağa qəsəbəsində yaşayan Vidadi Müseyibovun evində ailə münaqişəsi zəminində həyat yoldaşı Sevinci bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Müseyibov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Xəbər lenti
0