https://sputnik.az/20221112/lazimsiz-parcalardan-senet-eseri-yaradan-85-yasli-nene---vdeo-447763220.html
Lazımsız parçalardan sənət əsəri yaradan 85 yaşlı nənə - VİDEO
Lazımsız parçalardan sənət əsəri yaradan 85 yaşlı nənə - VİDEO
Sputnik Azərbaycan
Qax rayonunun Zəyəm kəndində yaşayan 85 yaşlı Fatimat nənə ömrünün böyük bir hissəsini toxuculuq və tikmə sənəti ilə məşğul olmaqla keçirib. O, qeyri-adi əl... 12.11.2022, Sputnik Azərbaycan
2022-11-12T19:20+0400
2022-11-12T19:20+0400
2022-11-12T14:08+0400
toxuma
cəmiyyət
nənə
https://cdnn1.img.sputnik.az/img/07e6/09/13/446249044_0:97:1032:678_1920x0_80_0_0_3562fdd8dfbaa3814db396cb3761386d.jpg
BAKI, 12 noyabr - Sputnik. Fatimat Nəsibova Qax rayonunun Zəyəm kəndində yaşayır. 85 yaşlı Fatimat nənə ömrünün böyük bir hissəsini toxuculuq və tikmə sənəti ilə məşğul olmaqla keçirib. Onun əl işləri yaşadığı Zəyəm kəndinin xeyir və şər məclislərinin bəzəyinə çevrilib. Fatimat nənə deyir ki, əlinin əməyi, güzünün nuru ilə hazırladığı işlərini heç vaxt satmayıb. O, qeyri-adi əl işlərinin böyük bir qismini lazımsız parçalardan hazırladığını söyləyir: "Mən bu yaşıma qədər heç vaxt parçaları atmamışam. Gəlinim bəzən lazımsız parçaları yandırmaq istəyir. Mən icazə vermirəm, onlardan müxtəlif əşyalar hazırlayıram. Bizim kəndimizdə insanların əksəriyyəti hələ də həyətdə mağar qurub, toy edir. Gəlib mənim əl işlərimi aparıb stulların üzərinə sərirlər. Yas mərasimlərində də mənim əl işlərimdən istifadə edirlər".7-ci sinifdə oxuyandan bu işə başlayan Fatimat nənə deyir ki, o dönəmlərin qızları məktəbli ikən əl işləri hazırlamağa başlayırdılar. Hazırladıqları əl işlərini cehiz aparardılar: "Biz məktəbli olanda yastıq üzlərinə, çarpayının baş hissəsinə, televizorun üzərinə sərilən örtükləri öz əllərimizlə hazırlayırdıq. Çünki, o dönəmlərdə indiki kimi bolluq yox idi. Məcbur idik ki, cehizlərimizi öz əllərimizlə hazırlayaq. İndi bolluq olsa da, keyfiyyət zəifdir. Parçaların rəngi tez solur. Amma mənim cehizliklərim illərlə işlənib, rəngi solmayıb".Fatimat nənə bildirir ki, 13 yaşından bu günə kimi elə bir gün yoxdur ki, toxuculuqla məşğul olmasın. Bu, Fatimat nənə üçün illərdir ki, ənənə halını alıb. Deyir ki, toxuyanda saatın fərqinə varmır. Müsahibimiz əlavə edir ki, toxuculuq və tikmə ilə məşğul olmaq insanın əsəblərini sakitləşdirir: "Mənim gənclik illərimdə elektrik demək olar ki, yox idi. Neft lampasında toxuyurdum. Axşama qədər bütün işlərimi görürdüm, gecə tikiş tikməklə məşğul olurdum. İndi də işlərimi bitirib, sevimli işimə başlayıram. Vaxtın necə gəlib-getdiyini bilmirəm. Bir də baxıram ki, saat 6-dır".Həmsöhbətimiz indi də nəvələrinə, nəticələrinə müxtəlif geyimlər, cehizliklər hazırlayır. O, indiki gəncləri tənbəllikdə qınadı: "İndiki gənclər hazıra nazir olmaq istəyirlər. İşsizlikdən şikayət edirlər. Amma qadınlarımız toxuculuqla məşğul olsalar, əl işlərini satıb pul qazana bilərlər. Mən nəvələrimə, nəticələrimə öyrətmək istəyirəm, amma onlar ağız büzürlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/13/446249044_0:0:1032:774_1920x0_80_0_0_64a222a97d3c0ddc50f8f605c7332b76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
toxuma, nənə
Lazımsız parçalardan sənət əsəri yaradan 85 yaşlı nənə - VİDEO
Qax rayonunun Zəyəm kəndində yaşayan 85 yaşlı Fatimat nənə ömrünün böyük bir hissəsini toxuculuq və tikmə sənəti ilə məşğul olmaqla keçirib. O, qeyri-adi əl işlərinin böyük bir qismini lazımsız parçalardan hazırladığını söyləyir
BAKI, 12 noyabr - Sputnik. Fatimat Nəsibova Qax rayonunun Zəyəm kəndində yaşayır. 85 yaşlı Fatimat nənə ömrünün böyük bir hissəsini toxuculuq və tikmə sənəti ilə məşğul olmaqla keçirib. Onun əl işləri yaşadığı Zəyəm kəndinin xeyir və şər məclislərinin bəzəyinə çevrilib. Fatimat nənə deyir ki, əlinin əməyi, güzünün nuru ilə hazırladığı işlərini heç vaxt satmayıb. O, qeyri-adi əl işlərinin böyük bir qismini lazımsız parçalardan hazırladığını söyləyir: "Mən bu yaşıma qədər heç vaxt parçaları atmamışam. Gəlinim bəzən lazımsız parçaları yandırmaq istəyir. Mən icazə vermirəm, onlardan müxtəlif əşyalar hazırlayıram. Bizim kəndimizdə insanların əksəriyyəti hələ də həyətdə mağar qurub, toy edir. Gəlib mənim əl işlərimi aparıb stulların üzərinə sərirlər. Yas mərasimlərində də mənim əl işlərimdən istifadə edirlər".
7-ci sinifdə oxuyandan bu işə başlayan Fatimat nənə deyir ki, o dönəmlərin qızları məktəbli ikən əl işləri hazırlamağa başlayırdılar. Hazırladıqları əl işlərini cehiz aparardılar: "Biz məktəbli olanda yastıq üzlərinə, çarpayının baş hissəsinə, televizorun üzərinə sərilən örtükləri öz əllərimizlə hazırlayırdıq. Çünki, o dönəmlərdə indiki kimi bolluq yox idi. Məcbur idik ki, cehizlərimizi öz əllərimizlə hazırlayaq. İndi bolluq olsa da, keyfiyyət zəifdir. Parçaların rəngi tez solur. Amma mənim cehizliklərim illərlə işlənib, rəngi solmayıb".
Fatimat nənə bildirir ki, 13 yaşından bu günə kimi elə bir gün yoxdur ki, toxuculuqla məşğul olmasın. Bu, Fatimat nənə üçün illərdir ki, ənənə halını alıb. Deyir ki, toxuyanda saatın fərqinə varmır. Müsahibimiz əlavə edir ki, toxuculuq və tikmə ilə məşğul olmaq insanın əsəblərini sakitləşdirir: "Mənim gənclik illərimdə elektrik demək olar ki, yox idi. Neft lampasında toxuyurdum. Axşama qədər bütün işlərimi görürdüm, gecə tikiş tikməklə məşğul olurdum. İndi də işlərimi bitirib, sevimli işimə başlayıram. Vaxtın necə gəlib-getdiyini bilmirəm. Bir də baxıram ki, saat 6-dır".
Həmsöhbətimiz indi də nəvələrinə, nəticələrinə müxtəlif geyimlər, cehizliklər hazırlayır. O, indiki gəncləri tənbəllikdə qınadı: "İndiki gənclər hazıra nazir olmaq istəyirlər. İşsizlikdən şikayət edirlər. Amma qadınlarımız toxuculuqla məşğul olsalar, əl işlərini satıb pul qazana bilərlər. Mən nəvələrimə, nəticələrimə öyrətmək istəyirəm, amma onlar ağız büzürlər".