Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan və Rusiya iki ölkənin keçid məntəqələrində tıxac problemini necə həll edəcək

© Sputnik / Murad OrujovAzərbaycan və Rusiya arasında keçid məntəqəsi, arxiv şəkli
Azərbaycan və Rusiya arasında keçid məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.11.2022
Abunə olmaq
Rusiya ixracının cənuba və şərqə yönləndirilməsi Azərbaycan ərazisindən keçən yükdaşımaların artmasına səbəb olub. Moskva və Bakı sərhəddə imkanları necə genişləndirmək niyyətindədir?
BAKI, 12 noyabr - Sputnik. Ənənəvi olaraq hər ilin payızında Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı artdığı zaman iki ölkə sərhədində minlərlə yük avtomobillərindən ibarət tıxac yaranır. Bu il də istisna deyil. Belə ki, Azərbaycanla Rusiya Federasiyası arasında keçid məntəqələrində yük maşınları növbəsi yaranıb və ixracatçılar növbələrdə olan malların xarab olmasından şikayətlənirlər.
Tıxacların səbəbi nədir?
Azərbaycanla Rusiya arasında artan ticarət dövriyyəsi, eləcə də Rusiya ixracının cənub və şərq istiqamətlərinə yönləndirilməsi Azərbaycan ərazisindən yükdaşımaların artmasına səbəb olub. Və Azərbaycan-Rusiya sərhədindəki buraxılış məntəqəsinin məhdud imkanları yükdaşımaların artmasına tab gətirə bilmir və nəticədə tıxaclar, kilometrlərlə tıxaclar yaranır.
Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev hesab edir ki, Azərbaycanla Rusiya sərhədində tıxacın yaranmasına səbəb iki qlobal səbəbdir.
CC BY-SA 4.0 / Agulani / Rufet QuliyevAzərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rüfət Quliyev
Birincisi, koronavirus pandemiyası dövründə iqtisadiyyatın logistika və nəqliyyat kimi sektorlarının ən çox zərər çəkməsi və bu sahələrin işini tam bərpa etmək hələ ki mümkün olmayıb. İkinci səbəb Ukrayna ərazisində hərbi əməliyyatlar və Rusiyaya qarşı sanksiyalardır ki, buna görə də Rusiyanın ixrac axını yönləndirilib.

“Hesab edirəm ki, Rusiya ilə iqtisadi əməkdaşlıq bizim üçün çox vacibdir, çünki Rusiya Federasiyası bizim üçün ən vacib iqtisadi tərəfdaşlardan biridir. Buna görə də nəqliyyat və təchizatların rəvan işləməsi və ticarətin kəsilməməsi vacibdir. Düşünürəm ki, Azərbaycan və Rusiya hökumətləri tıxacların həlli məsələsini yüngülləşdirmək və keçid məntəqəsində buraxılış qabiliyyətini artırmaq üçün hər şeyi edəcək. Bu, həm Rusiya Federasiyasının, həm Azərbaycanın, həm də ticarət nümayəndələrimizin, şirkətlərimizin maraqlarına uyğundur”, - deyə Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib.

Azərbaycan və Rusiya keçid məntəqəsinin imkanlarını genişləndirmək üçün nələr edir
Azərbaycan ərazisindən quru daşımalara artan tələbatı nəzərə alaraq, Bakı və Moskva ölkələr arasında keçid məntəqələrinin imkanlarının genişləndirilməsi və nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirirlər.
Belə ki, Rusiya və Azərbaycan sərhədində buraxılış məntəqələrinin yenidən qurulmasının 2026-cı ilə qədər başa çatdırılacağı gözlənilir. Yenidənqurma nəticəsində Yaraq-Kazmalyar keçid məntəqəsində 10 hərəkət zolağı yaradılacaq, keçid qabiliyyəti 1000 avtomobilə çatdırılacaq.
Həmçinin 2025-ci ilin sonunadək başa çatdırılacaq Tagirkent-Kazmalyar və Novo-Filya keçid məntəqələrinin tikintisinin layihələndirilməsi üzrə müqavilələrin bağlanması gözlənilir.
Azərbaycan və Rusiya arasında çoxtərəfli avtomobil keçid məntəqəsinin inkişafı və genişləndirilməsi layihələrinin həyata keçirilməsi nəticəsində ölkələr arasında ticarət dövriyyəsi təqribən 1,5 dəfə artacaq, iki ölkə sərhədində ümumi keçid daha çox olacaq - gündə 1400-dən çox avtomobil.
© AP Photo / dpa / Robert MichaelYük avtomobilləri, arxiv şəkli
Грузовики, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Yük avtomobilləri, arxiv şəkli
“Yaşıl dəhliz” və gömrük xidmətlərinin sinxronlaşdırılması
Bu il martın sonunda Rusiya və Azərbaycan iki ölkənin gömrük orqanları arasında koordinasiyanı yaxşılaşdırmaq və logistika əməkdaşlığını sürətləndirmək məqsədi daşıyan “Yaşıl dəhliz” layihəsinə start verib.
Xarici iqtisadi fəaliyyət iştirakçıları üçün sadələşdirilmiş gömrük dəhlizinin layihəsi ölkələr arasında malların rahat və sürətli daşınmasını təmin etməyə kömək edəcək.
Belə ki, sazişə əsasən, “Yaşıl dəhliz”in Rusiya və Azərbaycan iştirakçıları arasında xarici ticarət müqavilələri bağlanarkən, iki dövlətin gömrük orqanları malların ölkələr arasında maneəsiz və sürətləndirilmiş daşınması üçün avtomatik olaraq gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və asanlaşdırılmasını tətbiq edəcək.
Layihə iştirakçıları müvəqqəti saxlama anbarından yan keçməklə məhsulları öz anbarlarına çatdıra biləcəklər və malların buraxılması bəyannamə təqdim olunana qədər həyata keçiriləcək.
İki ölkənin gömrük idarələrinin nümayəndələri bildiriblər ki, layihə iştirakçılarının mallarının yoxlanılmasının sayı kəskin şəkildə azalacaq və yoxlamalar minimal olacaq. Tədbir iştirakçılarına bu “Yaşıl dəhliz”in iştirakçıları üçün digər üstünlüklər izah edilib.
Bundan əlavə, Azərbaycan ərazisindən tranzit prosedurlarının asanlaşdırılması məqsədilə avqust ayında Rusiya, İran və Azərbaycanın gömrük xidmətləri arasında anlaşma memorandumu imzalanıb.
Memorandum İrandan Rusiyaya tranzit yüklərin Azərbaycandan keçməklə və əks istiqamətdə daşınması marşrutunda yerləşən üç ölkənin gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi mexanizmlərinin tətbiqini nəzərdə tutur.
Sənəddə həmçinin daşınan yüklər, eləcə də nəqliyyat vasitələri, buraxılış məntəqələrinin yenidən qurulması üzrə aparılan işlər və gələcək planlar barədə operativ məlumat mübadiləsi nəzərdə tutulur.
Bundan əlavə, əməkdaşlıq çərçivəsində tranzitin asanlaşdırılması məqsədilə vəziyyətin birgə monitorinqinin aparılması və üç ölkənin gömrük xidmətlərinin nümayəndələrinin mütəmadi əlaqələndirmə görüşlərinin keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
0