Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Avropada ən çox istifadə olunan enerji resursları

Abunə olmaq
İslandiya, Norveç və İsveç kimi ölkələrdə elektrik enerjisi su elektrik stansiyaları vasitəsilə əldə olunur. Avropada hansı enerji resurslarından daha çox istifadə edildiyi barədə ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
BAKI, 12 noyabr — Sputnik. Avropa İttifaqı ölkələri bir neçə ildir ki, neft və qazdan mərhələli şəkildə imtina və bərpa olunan enerjiyə keçid layihəsini həyata keçirməsinə baxmayaraq, avrozonanın enerji bazarı hələ də faydalı qazıntı yanacaqlarından asılıdır.
Beləliklə, Avropada istilik elektrik stansiyalarının əksəriyyəti neftlə, qalanları isə təbii qazla işləyir. Eyni zamanda, İslandiya, Norveç və İsveç kimi ölkələrdə elektrik enerjisi su elektrik stansiyaları vasitəsilə əldə olunur.
Bundan əlavə, Fransanın enerji təchizatı demək olar ki, tamamilə atom enerjisi hesabına təmin edilir, Danimarka isə bütün elektrik enerjisini bərpa olunan enerji mənbələrindən əldə edir.
Eyni zamanda, karbohidrogenlərdən tədricən imtina edilməsinə baxmayaraq, bir sıra Avropa ölkələri hələ də, demək olar ki, tamamilə ən "çirkli" sayılan kömürdən asılıdırlar.
Xəbər lenti
0