https://sputnik.az/20221111/yeni-elektrik-minik-avtomobilleri-idxal-gomruk-rusumundan-azad-edilib-448478547.html
Yeni elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib
Yeni elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib
Sputnik Azərbaycan
Həmçinin, elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxal gömrük rüsumundan azad edilib. 11.11.2022, Sputnik Azərbaycan
2022-11-11T21:19+0400
2022-11-11T21:19+0400
2022-11-11T21:19+0400
elektromobil
iqtisadiyyat
idxal
rüsum
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427887733_0:161:3067:1886_1920x0_80_0_0_f792f7321ddba0fc9840f9f7744d4197.jpg
BAKI, 11 noyabr — Sputnik. Zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib. Bu barədə Nazirlər Kabinetinin Qərarında deyilir.Nazirlər Kabinetinin sözügedən qərara dair izahında qeyd edilir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 411 №-li Qərarı Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Plam"nın 7.3.3.2-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə qəbul edilib.Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə" Nazirlər Kabinetinin qərarı ilə zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobillərinin, həmçinin, elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxal gömrük rüsumundan azad edilib.Qeyd edək ki, baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427887733_169:0:2898:2047_1920x0_80_0_0_f99c53d91d7e4aa72ab6cd6f7a9dbf81.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
elektromobil, idxal, rüsum, azərbaycan
elektromobil, idxal, rüsum, azərbaycan
Yeni elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib
Həmçinin, elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxal gömrük rüsumundan azad edilib.
BAKI, 11 noyabr — Sputnik. Zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri idxal gömrük rüsumundan azad edilib. Bu barədə Nazirlər Kabinetinin Qərarında deyilir.
Nazirlər Kabinetinin sözügedən qərara dair izahında qeyd edilir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 411 №-li Qərarı Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Plam"nın 7.3.3.2-ci yarımbəndinin icrasının təmin edilməsi məqsədilə qəbul edilib.
Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə" Nazirlər Kabinetinin qərarı ilə zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobillərinin, həmçinin, elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxal gömrük rüsumundan azad edilib.
Qeyd edək ki, baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.