CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaricdən kartof gətirəcəyi adı ilə bir milyonluq dələduzluq edən şəxs tutulub

© AP Photo / Vadim Ghirdaqandal
qandal - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Abunə olmaq
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.
BAKI, 11 noyabr — Sputnik. Sahibkarlara qarşı 1 milyon manata yaxın dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsinə cari ilin may-sentyabr aylarında xaricdən kartof gətirəcəyi adı ilə aldadan şəxsin Cəlilabad rayon sakini olan bir nəfərdən 265.000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647.000 manat pul alması barədə müraciət daxil olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.
Xatırladaq ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə — min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xəbər lenti
0