Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İsrailin "Sevgi" ansamblının Bakı konserti

© Sputnik / Shahperi AbbasovaAzərbaycan Milli Konservatoriyasında Zəfər günü və Bayraq bayramı münasibətilə İsrailin "Sevgi" ansamblının konserti
Azərbaycan Milli Konservatoriyasında Zəfər günü və Bayraq bayramı münasibətilə İsrailin Sevgi ansamblının konserti - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Abunə olmaq
Dövlət və hökumət nümayəndələri, habelə Birinci və İkinci Qarabağ savaşında vuruşmuş qazilərin də iştirak iştirak etdiyi konsertdə İsrail və Azərbaycan musiqiləri ifa olunub.
BAKI, 11 noyabr - Sputnik. Bu gün Azərbaycan Milli Konservatoriyasında Zəfər günüBayraq Günü münasibətilə İsrailin "Sevgi" ansamblının konserti baş tutub.
Konserti çıxış sözü ilə açan Azərbaycan dağ yəhudiləri icmasının sədri Melix Yevdayev Azərbaycan və İsrail dövlətləri arasında dostluqdan bəhs edib:

"Biz yəhudiləri azərbaycanlılardan ayırmaq mümkün deyil. Biz bütün dövrlərdə birlikdə olduq. Bunun ən bariz nümunəsi İkinci Qarabağ savaşı oldu. Eyni zamanda, biz Birinci Qarabağ savaşında da birlikdə olduq. Biz sinaqoqda daima təvəqqe edirik ki, "dəmir yumruq" həmişə düşməni əzsin. Biz nəinki dostlaşdıq, qardaşlaşmışıq, biz pərçimlənmisik".

Daha sonra çıxış edən İsraildə yaşayan azərbaycanlı Salman Rabayev iki ölkə arasında olan mədəni əlaqələrdən söz açıb:
"Azərbaycan musiqisi ilə İsrail musiqisi çox oxşayır. Mən həmişə çalışmışam ki, Azərbaycan muğamlarını İsraildə təbliğ edim. Azərbaycan bizim doğma vətənimizdir. Mən çox istərdim ki, Türkiyə ilə olan münasibətlərimiz öz həllini tapsın. Üç ölkə həmişə bir addımlayaq".
© Sputnik / Shahperi AbbasovaAzərbaycan Milli Konservatoriyasında Zəfər günü və Bayraq bayramı münasibətilə İsrailin "Sevgi" ansamblının konserti
Azərbaycan Milli Konservatoriyasında Zəfər günü və Bayraq bayramı münasibətilə İsrailin Sevgi ansamblının konserti - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Azərbaycan Milli Konservatoriyasında Zəfər günü və Bayraq bayramı münasibətilə İsrailin "Sevgi" ansamblının konserti
Tədbirdə mədəniyyət, dövlət və hökumət nümayəndələri ilə yanaşı, Birinci və İkinci Qarabağ savaşında vuruşmuş qazilər də iştirak edib. Konsertdə İsrail və Azərbaycan musiqiləri ifa olunub.
Xəbər lenti
0