https://sputnik.az/20221111/siq-saygacina-gizli-mudaxile-edilib---sok-vdeo-448450851.html
İşıq sayğacına gizli müdaxilə edilib - ŞOK VİDEO
İşıq sayğacına gizli müdaxilə edilib - ŞOK VİDEO
Sputnik Azərbaycan
Elektrik sayğaclarına müdaxilə aşkar olunarsa, həmin vətəndaşlar barəsində müvafiq tədbirlər görüləcək-deyə qurum xəbərdarlıq edib. 11.11.2022, Sputnik Azərbaycan
2022-11-11T11:31+0400
2022-11-11T11:31+0400
2022-11-11T11:31+0400
azərişıq
cəmiyyət
elektrik sayğacı
müdaxilə
https://cdnn1.img.sputnik.az/img/42237/32/422373257_0:160:3073:1888_1920x0_80_0_0_aee0d11c1ca85e62d4d1705ab26a8839.jpg
BAKI, 11 noyabr — Sputnik. "Azərişıq" ASC növbəti elektrik enerjsinin talanması faktını aşkara çıxarıb. Qurumdan bildiriblər ki, qeyri-əhali abonenti olan şəxs elektrik sayğacına bu dəfə daha çox rast gəlinən üsullarla yox, daha gizli bir variantla müdaxilə edib.Sayğaca aylıq baxış zamanı isə bu xoşagəlməz hal müəyyən olunub. Yoxlama zamanı məlum olub ki, sayğacın arxa hissəsindən xüsusi dəlik açılaraq, sayğacın kontaktrının kommunikasiya naqilləri kəsilib.Qeyd edək ki, "Azərişıq" ASC-nin müvafiq strukturları bu istiqamətdə mütəmadi manitorinqlər keçirir və istənilən neqativ halların qarşısı alınır. Üstəlik, istismara verilən sayğaclar müasir və rəqəmsal olduğundan bütün müdaxilə halları sayğacın yaddaş blokunda əks olunur. Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq həmin müdaxilə halları detallı şəkildə təsdiqini tapır.Kənar qoşulmalar təkcə elektrik enerjisinin talanması, ödənməli olan məbləğdən yayınmaq demək deyil. Bu həm də elektrik təsərrüfatına ziyanın vurulması ilə nəticələnir, digər abonentlərin də keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına maneələr yaradır.Bütün abonentlərimizi xəbərdar edirik ki, elektrik sayğaclarına müdaxilə aşkar olunarsa, həmin vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42237/32/422373257_170:0:2901:2048_1920x0_80_0_0_c742690f25d7d31b85a2ba6180f62e52.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərişıq, elektrik sayğacı, müdaxilə
azərişıq, elektrik sayğacı, müdaxilə
İşıq sayğacına gizli müdaxilə edilib - ŞOK VİDEO
Elektrik sayğaclarına müdaxilə aşkar olunarsa, həmin vətəndaşlar barəsində müvafiq tədbirlər görüləcək-deyə qurum xəbərdarlıq edib.
BAKI, 11 noyabr — Sputnik. "Azərişıq" ASC növbəti elektrik enerjsinin talanması faktını aşkara çıxarıb. Qurumdan bildiriblər ki, qeyri-əhali abonenti olan şəxs elektrik sayğacına bu dəfə daha çox rast gəlinən üsullarla yox, daha gizli bir variantla müdaxilə edib.
Sayğaca aylıq baxış zamanı isə bu xoşagəlməz hal müəyyən olunub. Yoxlama zamanı məlum olub ki, sayğacın arxa hissəsindən xüsusi dəlik açılaraq, sayğacın kontaktrının kommunikasiya naqilləri kəsilib.
Qeyd edək ki, "Azərişıq" ASC-nin müvafiq strukturları bu istiqamətdə mütəmadi manitorinqlər keçirir və istənilən neqativ halların qarşısı alınır. Üstəlik, istismara verilən sayğaclar müasir və rəqəmsal olduğundan bütün müdaxilə halları sayğacın yaddaş blokunda əks olunur. Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq həmin müdaxilə halları detallı şəkildə təsdiqini tapır.
Kənar qoşulmalar təkcə elektrik enerjisinin talanması, ödənməli olan məbləğdən yayınmaq demək deyil. Bu həm də elektrik təsərrüfatına ziyanın vurulması ilə nəticələnir, digər abonentlərin də keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına maneələr yaradır.
Bütün abonentlərimizi xəbərdar edirik ki, elektrik sayğaclarına müdaxilə aşkar olunarsa, həmin vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görüləcək.