Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Şəhidlərin ailə üzvlərinin aylıq gəlirinin 800 manatadək hissəsi vergidən tam azad edilir

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Abunə olmaq
Dövlət Vergi Xidmətinin əməkdaşı növbəti ildən şəhid ailələrinə xüsusi yanaşmanın nəzərdə tutulduğunu söyləyib
BAKI, 11 noyabr — Sputnik. Ötən il Vergi Məcəlləsinə dəyişiklik edilərkən şəhid ailələri ilə bağlı müəyyən güzəştlər oldu, banklar tərəfindən şəhid ailələrinin borcları silindi. Eyni zamanda, bu prosesdə bankların da maliyyə-vergi yükü azaldıldı.
Bunu Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəis müavini Əvəz Quliyev bildirib.
Onun sözlərinə görə, növbəti ildən isə layihədə şəhid ailələrinə xüsusi yanaşma nəzərdə tutulub. Onların övladları, valideynləri və həyat yoldaşlarının aylıq gəlirinin 800 manatadək hissəsi gəlir vergisindən tam şəkildə azad olunur:

"Qüvvədə olan qanunvericiliyə görə 1990-cı il 20 Yanvar hadisələri zamanı SSRİ qoşunlarının müdaxiləsi nəticəsində şəhid olan şəxslərin valideynləri və həyat yoldaşları üçün 100 manatlıq vergidən azadolma güzəşti verilir. Gələn ildən həmin güzəşti əldə edən şəxslərə onların övladları da aid ediləcək. Bununla da, 20 Yanvar hadisələrində həlak olan şəxslərin övladlarının da muzdlu işdən əldə etdikləri gəlirlərin vergi tutulan hissəsi 100 manat azaldılacaq".

Xatırladaq ki, Milli Məclisin deputatı Əli Məsimli şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən aylıq gəlirinin tamamilə vergidən azad edilməsini təklif edib.
"Əsrlər boyu bizə qarşı mübarizə aparanlardan 1 kvadrat santimetr torpaq geri ala bilməmişik. Azərbaycan ilk dəfədir ki, torpaq alır. Bunun üçün insanlar canından keçib, qanını qoyub. Hesab edirəm ki, şəhid statusu verilmiş şəxsin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 800 manat və yaxud tam azaldılması arasında elə də böyük fərq yoxdur. 2026-cı ilə qədər əməkhaqqında elə də böyük artım gözlənmədiyini nəzərə alaraq, bunun bir dəfəlik ləğv edilməsini təklif edirəm", -deyə o bildirib.
Xəbər lenti
0