https://sputnik.az/20221111/qazaxistan-transxezer-marsrutunun-inkisafi-ucun-iyirmi-milyard-dollar-celb-etmek-isteyir-448465391.html
Qazaxıstan Transxəzər marşrutunun inkişafı üçün iyirmi milyard dollar cəlb etmək istəyir
Qazaxıstan Transxəzər marşrutunun inkişafı üçün iyirmi milyard dollar cəlb etmək istəyir
Sputnik Azərbaycan
Qazaxıstan Prezidenti türk dövlətləri arasında daxili nəqliyyat-tranzit dəhlizlərinin inkişafının da böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. 11.11.2022, Sputnik Azərbaycan
2022-11-11T15:11+0400
2022-11-11T15:11+0400
2022-11-11T15:11+0400
dünya xəbərləri
kasım-jomart tokayev
beynəlxalq transxəzər nəqliyyat marşrutu
milyard
nəqliyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0b/448458090_77:0:3718:2048_1920x0_80_0_0_8dffa61472208793c512e9551603d295.jpg
BAKI, 11 noyabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə günü Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin sammitində respublikanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına 20 milyard dollar sərmayə cəlb etmək niyyətində olduğunu bildirib.Tokayev qeyd edib ki, türk dövlətləri Qərblə Şərqi, Şimalla Cənubu birləşdirir, buna görə də indiki keçid dövründə nəqliyyat-tranzit kommunikasiyalarının potensialının artırılması və onların imkanlarından maksimum istifadə olunması çox vacibdir.Tokayev vurğulayıb ki, türk dövlətləri arasında daxili nəqliyyat-tranzit dəhlizlərinin inkişafı da mühüm əhəmiyyət kəsb edir."Fürsətdən istifadə edərək, diqqətinizi bu istiqamətə yönəltmək istərdim. Tranzit və ixrac imkanlarımızı daha da genişləndirmək məqsədəuyğundur", - deyə Qazaxıstanın dövlət başçısı bildirib.Onun fikrincə, ilk növbədə sərhəd keçid məntəqələrinin müasirləşdirilməsi, həmçinin dəmiryolu və avtomobil nəqliyyatının alternativ marşrutların inkişafı üçün zəruri tədbirlər görülməlidir."Bundan əlavə, yüklərin rəsmiləşdirilməsi prosedurunu optimallaşdıran, nəqliyyat sənədlərinin operativ mübadiləsini təmin edən və beynəlxalq bazara çıxmaq üçün əlavə imkanlar yaradan "rəqəmsal nəqliyyat sisteminin" formalaşdırılması son dərəcə vacibdir", - deyə Tokayev fikrini yekunlaşdırıb.Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dəniz vasitəsilə Avropa ölkələrinə keçir. TBNM Assosiasiyasının üzvləri səkkiz ölkədən dəmiryolu administrasiyaları, limanlar, gəmiçilik və logistika şirkətləri də daxil olmaqla 20 şirkətdir.Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının sammiti 10-11 noyabr tarixlərində Səmərqənddə keçirilir. İclasda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Azərbaycan dövlət başçıları iştirak edir. Sammitdə müşahidəçi qismində Türkmənistan və Macarıstandan nümayəndələr də iştirak edirlər.Görüşün əsas mövzusu ölkələr arasında, o cümlədən ticarət və nəqliyyat kimi sahələrdə əməkdaşlığın yeni sahələri olub.İclasın yekununda dövlət başçıları sammitin əsas qərarlarını və Özbəkistanın təklif etdiyi təşəbbüsləri əks etdirəcək əsas yekun sənədi - Türk Dövlətləri Təşkilatının liderləri şurasının Səmərqənd Bəyannaməsini qəbul ediblər.Səmərqənddə keçiriləcək sammitdən sonra TDT sədrliyi Türkiyədən Özbəkistana keçəcək.Xatırladaq ki, Türk Şurası 2009-cu ildə yaradılıb. İlkin olaraq onun tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxil olub. Özbəkistan ittifaqa 2019-cu ildə qoşulub. 2021-ci ilin noyabrında şuranın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0b/448458090_532:0:3263:2048_1920x0_80_0_0_e9d2318d05c62afce07beb58a6a90332.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
kasım-jomart tokayev, beynəlxalq transxəzər nəqliyyat marşrutu, milyard, nəqliyyat
kasım-jomart tokayev, beynəlxalq transxəzər nəqliyyat marşrutu, milyard, nəqliyyat
Qazaxıstan Transxəzər marşrutunun inkişafı üçün iyirmi milyard dollar cəlb etmək istəyir
Qazaxıstan Prezidenti türk dövlətləri arasında daxili nəqliyyat-tranzit dəhlizlərinin inkişafının da böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
BAKI, 11 noyabr — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə günü Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) liderlərinin sammitində respublikanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına 20 milyard dollar sərmayə cəlb etmək niyyətində olduğunu bildirib.
Tokayev qeyd edib ki, türk dövlətləri Qərblə Şərqi, Şimalla Cənubu birləşdirir, buna görə də indiki keçid dövründə nəqliyyat-tranzit kommunikasiyalarının potensialının artırılması və onların imkanlarından maksimum istifadə olunması çox vacibdir.
"Ona görə də biz nəqliyyat-logistika sahəsinin inkişafını prioritet hesab edirik. Son 15 ildə Qazaxıstan onun inkişafına 35 milyard dollar vəsait ayırıb. Ölkəmiz nəqliyyat marşrutlarının şaxələndirilməsində və logistikanın inkişafında maraqlıdır. 2025-ci ilə qədər bu məqsədlər üçün daha 20 milyard dollar investisiyanın cəlb edilməsi planlaşdırılır", - deyə Qazaxıstan prezidenti bildirib.
Tokayev vurğulayıb ki, türk dövlətləri arasında daxili nəqliyyat-tranzit dəhlizlərinin inkişafı da mühüm əhəmiyyət kəsb edir.
"Fürsətdən istifadə edərək, diqqətinizi bu istiqamətə yönəltmək istərdim. Tranzit və ixrac imkanlarımızı daha da genişləndirmək məqsədəuyğundur", - deyə Qazaxıstanın dövlət başçısı bildirib.
Onun fikrincə, ilk növbədə sərhəd keçid məntəqələrinin müasirləşdirilməsi, həmçinin dəmiryolu və avtomobil nəqliyyatının alternativ marşrutların inkişafı üçün zəruri tədbirlər görülməlidir.
"Bundan əlavə, yüklərin rəsmiləşdirilməsi prosedurunu optimallaşdıran, nəqliyyat sənədlərinin operativ mübadiləsini təmin edən və beynəlxalq bazara çıxmaq üçün əlavə imkanlar yaradan "rəqəmsal nəqliyyat sisteminin" formalaşdırılması son dərəcə vacibdir", - deyə Tokayev fikrini yekunlaşdırıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan, Türkiyə və Qara dəniz vasitəsilə Avropa ölkələrinə keçir. TBNM Assosiasiyasının üzvləri səkkiz ölkədən dəmiryolu administrasiyaları, limanlar, gəmiçilik və logistika şirkətləri də daxil olmaqla 20 şirkətdir.
Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının sammiti 10-11 noyabr tarixlərində Səmərqənddə keçirilir. İclasda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Azərbaycan dövlət başçıları iştirak edir. Sammitdə müşahidəçi qismində Türkmənistan və Macarıstandan nümayəndələr də iştirak edirlər.
Görüşün əsas mövzusu ölkələr arasında, o cümlədən ticarət və nəqliyyat kimi sahələrdə əməkdaşlığın yeni sahələri olub.
İclasın yekununda dövlət başçıları sammitin əsas qərarlarını və Özbəkistanın təklif etdiyi təşəbbüsləri əks etdirəcək əsas yekun sənədi - Türk Dövlətləri Təşkilatının liderləri şurasının Səmərqənd Bəyannaməsini qəbul ediblər.
Səmərqənddə keçiriləcək sammitdən sonra TDT sədrliyi Türkiyədən Özbəkistana keçəcək.
Xatırladaq ki, Türk Şurası 2009-cu ildə yaradılıb. İlkin olaraq onun tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə daxil olub. Özbəkistan ittifaqa 2019-cu ildə qoşulub. 2021-ci ilin noyabrında şuranın adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılıb.