Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb

© Official website of President of Azerbaijan Republicİlham Əliyev, arxiv şəkli
İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Abunə olmaq
Noyabrın 10-11-də Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısı Səmərqənddə keçirilib. Azərbaycan Prezidenti tədbirdə iştirak edib.
BAKI, 11 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına səfəri noyabrın 11-də başa çatıb. Bu barədə Azərtac xəbər yayıb.
Xatırladaq ki, noyabrın 10-11-də Türk Dövlətləri Təşkilatının (TDT) zirvə toplantısı Səmərqənddə keçirilib. İclasda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə və Azərbaycan dövlət başçıları iştirak edib. Sammitdə müşahidəçi qismində Türkmənistan və Macarıstan nümayəndələri də iştirak edib.
Görüşün əsas mövzusu ölkələr arasında əməkdaşlığın yeni sahələri, o cümlədən ticarət və nəqliyyat kimi sahələr olub.
İclasdan sonra dövlət başçıları sammitin əsas qərarlarını və Özbəkistanın təklif etdiyi təşəbbüsləri əks etdirəcək əsas yekun sənədi - Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Səmərqənd Bəyannaməsini qəbul ediblər.
Xəbər lenti
0