https://sputnik.az/20221111/olkenin-mudafie-ve-tehlukesizlik-qabiliyyeti-yuksekdir---ziyafet-esgerov-448467926.html
Ölkənin müdafiə və təhlükəsizlik qabiliyyəti yüksəkdir - Ziyafət Əsgərov
Ölkənin müdafiə və təhlükəsizlik qabiliyyəti yüksəkdir - Ziyafət Əsgərov
Sputnik Azərbaycan
Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 11.11.2022, Sputnik Azərbaycan
2022-11-11T21:43+0400
2022-11-11T21:43+0400
2022-11-11T21:47+0400
ziyafət əsgərov
cəmiyyət
təhlükəsizlik
azərbaycan
milli məclis
https://cdnn1.img.sputnik.az/img/41241/95/412419500_0:0:1600:901_1920x0_80_0_0_cdb9f16b043337c81e4fdfe49bb9800a.jpg
BAKI, 11 noyabr — Sputnik. "İki il bundan əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında Zəfər çaldı. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri də məhz ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin yüksək olması idi". Bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı komitələrin noyabrın 11-də keçirilən birgə iclasında deyib.Dövlət büdcəsinin strateji sənəd olduğunu diqqətə çatdıran Z.Əsgərov bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalır. Buna görə 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub.Komitə sədri büdcə layihəsinin optimal olduğunu da vurğulayıb.Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də bildirib ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi lakonik bir sənəddir.Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi nizamnaməyə tam uyğundur və sənədlə bağlı Hesablama Palatasının rəyi artıq təqdim olunub.Əli Hüseynli müzakirələrin konseptual xarakter daşıdığını diqqətə çatdıraraq, qanun layihəsinin plenar iclasda və komitə iclaslarında müzakirə olunacağını qeyd edib.Qeyd edək ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41241/95/412419500_187:0:1600:1060_1920x0_80_0_0_3a35fe7ea645253015ac36095aca08c4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ziyafət əsgərov, təhlükəsizlik, azərbaycan, milli məclis
ziyafət əsgərov, təhlükəsizlik, azərbaycan, milli məclis
Ölkənin müdafiə və təhlükəsizlik qabiliyyəti yüksəkdir - Ziyafət Əsgərov
21:43 11.11.2022 (Yenilənib: 21:47 11.11.2022) Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır.
BAKI, 11 noyabr — Sputnik. "İki il bundan əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında Zəfər çaldı. Bu Qələbəni şərtləndirən əsas amillərdən biri də məhz ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin yüksək olması idi". Bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi ilə bağlı komitələrin noyabrın 11-də keçirilən birgə iclasında deyib.
Dövlət büdcəsinin strateji sənəd olduğunu diqqətə çatdıran Z.Əsgərov bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalır. Buna görə 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulub.
Komitə sədri büdcə layihəsinin optimal olduğunu da vurğulayıb.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də bildirib ki, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi lakonik bir sənəddir.
Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi nizamnaməyə tam uyğundur və sənədlə bağlı Hesablama Palatasının rəyi artıq təqdim olunub.
Əli Hüseynli müzakirələrin konseptual xarakter daşıdığını diqqətə çatdıraraq, qanun layihəsinin plenar iclasda və komitə iclaslarında müzakirə olunacağını qeyd edib.
Qeyd edək ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır. 2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard vəsait nəzərdə tutulmuşdur ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.
Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur. 2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir.