https://sputnik.az/20221111/neft-cuzi-bahalasib-448450193.html
Neft cüzi bahalaşıb
Neft cüzi bahalaşıb
Sputnik Azərbaycan
Azərbaycan neftinin aşağı düşməsi isə davam edir. İnvestorlar ABŞ-da inflyasiyanın kəskin yavaşlaması ilə bağlı məlumatları diqqətlə izləyirlər. 11.11.2022, Sputnik Azərbaycan
2022-11-11T11:19+0400
2022-11-11T11:19+0400
2022-11-11T11:19+0400
neft-qaz
neft
qiymət
birja
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/08/427879361_0:0:3073:1728_1920x0_80_0_0_86cde0ab4a00d4f1998e49401d05eb30.jpg
BAKI, 11 noyabr — Sputnik. Dünyada neftin qiymətləri cüzi bahalaşıb. "Brent" neftinin qiyməti 0,22% bahalaşaraq 93,8 dollara, "WTI" nefti 0,27% artaraq 86,7 dollara satılıb.Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 0,11 dollar və ya 0,11% azalaraq 95,96 dollar təşkil edib.İnvestorlar ABŞ-da inflyasiyanın kəskin yavaşlaması ilə bağlı məlumatları qiymətləndirməyə davam edir. Belə ki, ABŞ-da oktyabr ayı üzrə illik inflyasiya əvvəlki ay ilə müqayisədə 8,2 %-dən 7,7 %-ə enib.Onu da bildirək ki, bundan öncə Çində koronavirusun yenidən yayılması haqqında xəbərlər dünya bazarlarında neftin qiymətinin düşməsinə səbəb olub. Hazırda Çində pandemiyaya qarşı sərt tədbirlər həyata keçirilir. Paytaxt Pekində yoluxma halları son 5 ayda ən yüksək səviyyəyə çatıb. Bundan başqa, ABŞ-da neft ehtiyatları 3,9 milyon barel artıb. ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar neftin qiymətinə təsir göstərib.Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/08/427879361_0:0:2731:2048_1920x0_80_0_0_728d81aed0c2b3dc902dc13f98e5045c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, birja, azərbaycan
neft, qiymət, birja, azərbaycan
Neft cüzi bahalaşıb
Azərbaycan neftinin aşağı düşməsi isə davam edir. İnvestorlar ABŞ-da inflyasiyanın kəskin yavaşlaması ilə bağlı məlumatları diqqətlə izləyirlər.
BAKI, 11 noyabr — Sputnik. Dünyada neftin qiymətləri cüzi bahalaşıb. "Brent" neftinin qiyməti 0,22% bahalaşaraq 93,8 dollara, "WTI" nefti 0,27% artaraq 86,7 dollara satılıb.
Azərbaycan neftinin 1 barelə olan qiyməti isə 0,11 dollar və ya 0,11% azalaraq 95,96 dollar təşkil edib.
İnvestorlar ABŞ-da inflyasiyanın kəskin yavaşlaması ilə bağlı məlumatları qiymətləndirməyə davam edir. Belə ki, ABŞ-da oktyabr ayı üzrə illik inflyasiya əvvəlki ay ilə müqayisədə 8,2 %-dən 7,7 %-ə enib.
Onu da bildirək ki, bundan öncə Çində koronavirusun yenidən yayılması haqqında xəbərlər dünya bazarlarında neftin qiymətinin düşməsinə səbəb olub. Hazırda Çində pandemiyaya qarşı sərt tədbirlər həyata keçirilir. Paytaxt Pekində yoluxma halları son 5 ayda ən yüksək səviyyəyə çatıb. Bundan başqa, ABŞ-da neft ehtiyatları 3,9 milyon barel artıb. ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar neftin qiymətinə təsir göstərib.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.