https://sputnik.az/20221111/mulki-mudafie-sahesindeki-qanunvericilik-bu-gunun-teleblerine-cavab-vermir---dare-reisi-448452565.html
Mülki müdafiə sahəsindəki qanunvericilik bu günün tələblərinə cavab vermir - İdarə Rəisi
Mülki müdafiə sahəsindəki qanunvericilik bu günün tələblərinə cavab vermir - İdarə Rəisi
Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyinin rəsmisi hazırda çox böyük bir qanunvericilik bazasının hazırlanması istiqamətində işlərin aparıldığını söyləyib. 11.11.2022, Sputnik Azərbaycan
2022-11-11T13:08+0400
2022-11-11T13:08+0400
2022-11-11T13:08+0400
mülki müdafiə nazirliyi
cəmiyyət
qanunvericilik bazası
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_0:312:3001:2000_1920x0_80_0_0_823993eb7b703da1c7df2d0caed59cba.jpg
BAKI, 11 noyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi, mövcud problemlərin müzakirəsi və bununla əlaqədar nazirliklər arasında qarşılıqlı fəaliyyət" mövzusunda elmi-praktiki konfrans keçirilir.Konfransda respublikanın ali təhsil müəssisələrinin mülki müdafiə sahəsinə məsul prorektorları, "Mülki müdafiə fənni" tədris olunan kafedra müdirləri, həmin kafedraların professor-müəllim heyəti, eləcə də, nazirliyin mülki müdafiə üzrə aidiyyəti məsul vəzifəli şəxsləri iştirak edirlər.Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, bu sahədə qarşıda duran vəzifələrin və onların həyata keçirilməsi yollarının müəyyənləşdirilməsi, ali təhsil müəssisələrində təhsil alan tələbələrin mülki müdafiə üzrə bilik səviyyələrinin yüksəldilməsi, "Mülki müdafiə fənni"nin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi və mövcud problemlərin aradan qaldırılması, eləcə də nazirliklər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə qarşılıqlı fikir mübadiləsinin aparılmasıdır.Konfransda çıxış edən FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi Niyazi Zamanov hesab edir ki, mülki müdafiə sahəsindəki qanunvericilik bazası bu günün tələblərinə cavab vermir. O bildirib ki, metodiki rəhbərliyi həyata keçirən qurum kimi çoxlu problemlərlə rastlaşırlar: "Hazırda çox böyük bir qanunvericilik bazasının hazırlanması istiqamətində işlər aparılır. Bunlardan biri "Mülki müdafiə haqqında" yeni qanun layihəsinin hazırlanmasıdır. Bütün aidiyyatı qurumlardan rəylər alınmaqla layihə müvafiq quruma təqdim olunub".Xatırladaq ki, mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan vətəndaşlarının, Azərbaycan ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.Mövcud "Mülki Müdafiə haqqında" qanun Azərbaycanda mülki müdafiənin hüquqi əsasını və prinsiplərini müəyyən edir, mülki müdafiə sahəsində ictimai münasibətləri nizama salır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/1c/424791668_154:0:2821:2000_1920x0_80_0_0_9b4e1cbd0712c845ede8c4e3bdfccac8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mülki müdafiə nazirliyi, qanunvericilik bazası
mülki müdafiə nazirliyi, qanunvericilik bazası
Mülki müdafiə sahəsindəki qanunvericilik bu günün tələblərinə cavab vermir - İdarə Rəisi
Fövqəladə Hallar Nazirliyinin rəsmisi hazırda çox böyük bir qanunvericilik bazasının hazırlanması istiqamətində işlərin aparıldığını söyləyib.
BAKI, 11 noyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN) və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, mülki müdafiə fənninin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi, mövcud problemlərin müzakirəsi və bununla əlaqədar nazirliklər arasında qarşılıqlı fəaliyyət" mövzusunda elmi-praktiki konfrans keçirilir.
Konfransda respublikanın ali təhsil müəssisələrinin mülki müdafiə sahəsinə məsul prorektorları, "Mülki müdafiə fənni" tədris olunan kafedra müdirləri, həmin kafedraların professor-müəllim heyəti, eləcə də, nazirliyin mülki müdafiə üzrə aidiyyəti məsul vəzifəli şəxsləri iştirak edirlər.
Tədbirin keçirilməsində əsas məqsəd mülki müdafiə üzrə əhalinin hazırlanmasında ali təhsil müəssisələrinin rolu, bu sahədə qarşıda duran vəzifələrin və onların həyata keçirilməsi yollarının müəyyənləşdirilməsi, ali təhsil müəssisələrində təhsil alan tələbələrin mülki müdafiə üzrə bilik səviyyələrinin yüksəldilməsi, "Mülki müdafiə fənni"nin tədrisinin təkmilləşdirilməsi, mülki müdafiənin maddi-tədris bazasının gücləndirilməsi və mövcud problemlərin aradan qaldırılması, eləcə də nazirliklər arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi məqsədilə qarşılıqlı fikir mübadiləsinin aparılmasıdır.
Konfransda çıxış edən FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi Niyazi Zamanov hesab edir ki, mülki müdafiə sahəsindəki qanunvericilik bazası bu günün tələblərinə cavab vermir.
O bildirib ki, metodiki rəhbərliyi həyata keçirən qurum kimi çoxlu problemlərlə rastlaşırlar: "Hazırda çox böyük bir qanunvericilik bazasının hazırlanması istiqamətində işlər aparılır. Bunlardan biri "Mülki müdafiə haqqında" yeni qanun layihəsinin hazırlanmasıdır. Bütün aidiyyatı qurumlardan rəylər alınmaqla layihə müvafiq quruma təqdim olunub".
Xatırladaq ki, mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan vətəndaşlarının, Azərbaycan ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir.
Mövcud "Mülki Müdafiə haqqında" qanun Azərbaycanda mülki müdafiənin hüquqi əsasını və prinsiplərini müəyyən edir, mülki müdafiə sahəsində ictimai münasibətləri nizama salır.