https://sputnik.az/20221111/azerbaycanda-konullu-pensiya-sistemi-tetbiq-edile-biler-448478674.html
Azərbaycanda könüllü pensiya sistemi tətbiq edilə bilər
Azərbaycanda könüllü pensiya sistemi tətbiq edilə bilər
Sputnik Azərbaycan
Nazir qeyd edib ki, könüllü pensiya sistemi icbari pensiya sistemini əvəz edən bir şey deyil. 11.11.2022, Sputnik Azərbaycan
2022-11-11T23:18+0400
2022-11-11T23:18+0400
2022-11-11T23:18+0400
pensiya
iqtisadiyyat
könüllü
sistem
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216779_0:49:3057:1769_1920x0_80_0_0_c56d0884f4c57bcb99af205dea9ecfc4.jpg
BAKI, 11 noyabr — Sputnik. Azərbaycanda könüllü pensiya seqmenti hazırlanır. Bu layihə Avropa İttifaqı ilə birlikdə həyata keçirilir. Hazırda normativ hüquqi aktlar da aidiyyəti üzrə müzakirə edilir.Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.Nazir qeyd edib ki, könüllü pensiya sistemi icbari pensiya sistemini əvəz edən bir şey deyil."Dünyanın hər bir yerində könüllü pensiya sistemi icbari pensiya sisteminə əlavədir. Ona görə də bu sistemin qəbulu əvvəlkinin dayandırılması demək deyil", – nazir əlavə edib.O qeyd edib ki, bu il ilk dəfə olaraq DSMF və Məşğulluq Agentliyinin konsalidə olunmuş audit hesabatı hazırlanıb və hazırda çap olunur."Həmin hesabat da top-onluğa daxil olan auditorlar tərəfindən hazırlanıb. Bundan sonra da hər il belə hesabatlar hazırlanaraq dərc olunacaq. Bu il müəyyən gecikmələr olub. Çünki yaranan tarixdən bu günə qədər olan aktivlərin dəyərləndirilməsi aparıldı. İcraya dair hesabatı isə nəinki rüblük, hətta aylıq rəqəmləri onlayn olaraq Hesablama Palatası izləyə bilir", - deyə nazir əlavə edib.Hazırda əmək pensiyasının aşağıdakı növləri var:Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216779_326:0:3057:2048_1920x0_80_0_0_30f3f30c9eacb8fce01a8d9b260b08d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pensiya, könüllü, sistem
Azərbaycanda könüllü pensiya sistemi tətbiq edilə bilər
Nazir qeyd edib ki, könüllü pensiya sistemi icbari pensiya sistemini əvəz edən bir şey deyil.
BAKI, 11 noyabr — Sputnik. Azərbaycanda könüllü pensiya seqmenti hazırlanır. Bu layihə Avropa İttifaqı ilə birlikdə həyata keçirilir. Hazırda normativ hüquqi aktlar da aidiyyəti üzrə müzakirə edilir.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, könüllü pensiya sistemi icbari pensiya sistemini əvəz edən bir şey deyil.
"Dünyanın hər bir yerində könüllü pensiya sistemi icbari pensiya sisteminə əlavədir. Ona görə də bu sistemin qəbulu əvvəlkinin dayandırılması demək deyil", – nazir əlavə edib.
O qeyd edib ki, bu il ilk dəfə olaraq DSMF və Məşğulluq Agentliyinin konsalidə olunmuş audit hesabatı hazırlanıb və hazırda çap olunur.
"Həmin hesabat da top-onluğa daxil olan auditorlar tərəfindən hazırlanıb. Bundan sonra da hər il belə hesabatlar hazırlanaraq dərc olunacaq. Bu il müəyyən gecikmələr olub. Çünki yaranan tarixdən bu günə qədər olan aktivlərin dəyərləndirilməsi aparıldı. İcraya dair hesabatı isə nəinki rüblük, hətta aylıq rəqəmləri onlayn olaraq Hesablama Palatası izləyə bilir", - deyə nazir əlavə edib.
Hazırda əmək pensiyasının aşağıdakı növləri var:
yaşa görə əmək pensiyası;
əlilliyə görə əmək pensiyası;
ailə başçısını itirməyə görə əmək pensiyası.
Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir.