https://sputnik.az/20221111/avropa-getdikce-ukraynadaki-munaqiseye-celb-olunur-448459518.html
Avropa getdikcə Ukraynadakı münaqişəyə cəlb olunur
Avropa getdikcə Ukraynadakı münaqişəyə cəlb olunur
Sputnik Azərbaycan
Bir müddət əvvəl Rusiya NATO ölkələrinə Ukraynaya silah tədarükünə görə nota verib. Ölkənin xarici işlər naziri Sergey Lavrov isə Ukrayna üçün silahdan ibarət... 11.11.2022, Sputnik Azərbaycan
2022-11-11T22:08+0400
2022-11-11T22:08+0400
2022-11-11T22:30+0400
ukrayna
dünya xəbərləri
macarıstan
rusiya
münaqişə
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/19/447836879_0:160:3072:1888_1920x0_80_0_0_31301893248079a73cfc7cae88fa9773.jpg
BAKI, 11 noyabr — Sputnik. Avropa İttifaqı getdikcə Ukraynadakı münaqişəyə cəlb olunur. Bunu Macarıstanın Baş naziri Viktor Orban Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının liderlərinin sammitində deyib.Macarıstanın Baş naziri Ukraynada sülhün tezliklə bərqərar olacağına ümid etdiyini bildirib."Macarıstanın vəzifəsi Ukraynada atəşkəs sazişinin mümkün qədər tez bağlanmasını və sülh danışıqlarının ən qısa müddətdə başlamasını təmin etməkdir. Ancaq sülh ərzaq və enerji böhranına son verə bilər", - deyə nazir əlavə edib.Orbanın sözlərinə görə, Macarıstan Qərb və Şərq arasında əməkdaşlıqda maraqlıdır."Bu cür əməkdaşlıqdan imtina edənlər həmişə uduzacaqlar. Ona görə də biz həmişə Türk Dövlətləri Təşkilatının işini tam dəstəkləyəcəyik", - deyə o əlavə edib.Xatırladaq ki, bu yaxınlarda Rusiya NATO ölkələrinə Ukraynaya silah tədarükünə görə nota verib. Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silahdan ibarət istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, NATO ölkələri Ukraynaya silah tədarük edərək "odla oynayır". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Ukraynanın Qərbdən silah ilə təmin olunması Rusiya-Ukrayna danışıqlarının baş tutmasına kömək etməyəcək, əksinə mənfi təsir göstərəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/19/447836879_171:0:2902:2048_1920x0_80_0_0_138a3c821e56d48b9902a65ec454559f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, macarıstan, rusiya, münaqişə
ukrayna, macarıstan, rusiya, münaqişə
Avropa getdikcə Ukraynadakı münaqişəyə cəlb olunur
22:08 11.11.2022 (Yenilənib: 22:30 11.11.2022) Bir müddət əvvəl Rusiya NATO ölkələrinə Ukraynaya silah tədarükünə görə nota verib. Ölkənin xarici işlər naziri Sergey Lavrov isə Ukrayna üçün silahdan ibarət istənilən yükün Rusiya üçün qanuni hədəfə çevriləcəyini dilə gətirib.
BAKI, 11 noyabr — Sputnik. Avropa İttifaqı getdikcə Ukraynadakı münaqişəyə cəlb olunur. Bunu Macarıstanın Baş naziri Viktor Orban Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının liderlərinin sammitində deyib.
"Biz Avropa İttifaqının tərkibindəyik. Aİ əvvəlcə silah tədarük etmək qərarına gəldi və ilk olaraq öldürücü olmayan, daha sonra isə öldürücü silahlar tədarük etməyə başladı. İndi o, Ukraynadan olan hərbçilərə Avropa ölkələrinin ərazisində təlimlər keçir və yaxın günlərdə Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün iqtisadi yükü öz üzərinə götürmək barədə qərar qəbul edəcək. Biz getdikcə bu münaqişəyə daha çox cəlb olunuruq", - deyə Orban qeyd edib.
Macarıstanın Baş naziri Ukraynada sülhün tezliklə bərqərar olacağına ümid etdiyini bildirib.
"Macarıstanın vəzifəsi Ukraynada atəşkəs sazişinin mümkün qədər tez bağlanmasını və sülh danışıqlarının ən qısa müddətdə başlamasını təmin etməkdir. Ancaq sülh ərzaq və enerji böhranına son verə bilər", - deyə nazir əlavə edib.
Orbanın sözlərinə görə, Macarıstan Qərb və Şərq arasında əməkdaşlıqda maraqlıdır.
"Bu cür əməkdaşlıqdan imtina edənlər həmişə uduzacaqlar. Ona görə də biz həmişə Türk Dövlətləri Təşkilatının işini tam dəstəkləyəcəyik", - deyə o əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda Rusiya NATO ölkələrinə Ukraynaya silah tədarükünə görə nota verib. Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silahdan ibarət istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, NATO ölkələri Ukraynaya silah tədarük edərək "odla oynayır". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Ukraynanın Qərbdən silah ilə təmin olunması Rusiya-Ukrayna danışıqlarının baş tutmasına kömək etməyəcək, əksinə mənfi təsir göstərəcək.