DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alzheimer və Parkinson xəstəliklərini müalicə etmək üçün yeni üsul

© AFP 2024 / JUAN BARRETOПожилой человек, фото из архива
Пожилой человек, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Abunə olmaq
"Nature" məcmuəsi beyindən amiloid lövhələrini çıxarmaq üçün yeni üsul işlənib hazırlandığı barədə xəbər yayıb.
BAKI, 11 noyabr - Sputnik. Sent-Luisdəki Vaşinqton Universitetinin Tibb Məktəbinin alimləri Alzheimer və Parkinson xəstəliklərinin müalicəsi üçün yeni üsul tapıblar. Bu barədə Rusiya mediası məşhur "Nature" jurnalına istinadən xəbər yayıb.
Bir çox neyrodegenerativ xəstəliklər beyində amiloid lövhələri də adlandırılan zədələnmiş zülalların yığılması ilə xarakterizə olunur.
© AP Photo / Esteban FelixEvdə yatan xəstə, arxiv şəkli
Больной дома, фото из архива - Sputnik Azərbaycan, 1920, 10.11.2022
Evdə yatan xəstə, arxiv şəkli
Bu cür tullantıların çıxarılması üçün mövcud üsullar müxtəlif nüanslara malikdir. Yeni məqalədə müəlliflər klasterləri aradan qaldırmaq üçün innovativ üsul təqdim ediblər.
Beyni əhatə edən immun hüceyrələrin lövhənin təmizlənməsinin effektivliyinə təsir etdiyi, yaş və Alzheimer xəstəliyi ilə bu hüceyrələrin fəaliyyətinin azaldığı müşahidə edilib.
Siçanlar üzərində aparılan təcrübələrdə mütəxəssislər heyvanları immunostimulyasiya edən dərmanların təsirinə məruz qoyublar. Bu, mayenin və "cavanlaşmış" immun hüceyrələrin çıxışını yaxşılaşdırmağa kömək edib, beyindən tullantıların keyfiyyətcə çıxarılmasına səbəb olub.
Bundan əvvəl Milan Bicocca Universitetinin (İtaliya) italyan tədqiqatçıları müəyyən ediblər ki, mayaotunun tərkibindəki birləşmələr amiloid lövhələrinin əmələ gəlməsinin qarşısını ala bilir.
Xəbər lenti
0