DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada illik inflyasiya oktyabrda rekord həddə çatıb

© AP Photo / Michael ProbstBundestaq, Berlin
Bundestaq, Berlin - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Abunə olmaq
Ölkədə istehlak qiymətləri, oktyabr ayı üçün yekun hesablamaya görə, 0,9% artıb.
BAKI, 11 noyabr — Sputnik. Almaniyada inflyasiya, oktyabr ayının nəticələrinə və son qiymətləndirməyə görə, bir ay əvvəlki 10% nəticə ilə illik ifadədə rekord 10,4%-ə yüksəlib. Almaniyanın Federal Statistika Bürosunun ("Destatis") press-relizində bu barədə məlumat verilib.
Göstərici ilkin qiymətləndirmə ilə üst-üstə düşüb. Oktyabrda Almaniyada istehlak qiymətləri, yekun hesablamaya görə, 0,9% artıb. Sentyabrda artım 1,9% təşkil edib. Göstərici ilkin hesablama ilə üst-üstə düşüb.
Eyni zamanda, Aİ standartlarına uyğun olaraq ölkədə istehlak qiymətləri (uyğunlaşdırılmış istehlak qiymətləri indeksi) yekun qiymətləndirməyə əsasən, artımı bir ay əvvəlki 10,9%-dən illik ifadədə 11,6%-ə qədər sürətləndirib.
© AFP 2024 / KHALED DESOUKIAvro əskinaslarını sayan kassir, arxiv şəkli
Кассир считает банкноты евро, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.11.2022
Avro əskinaslarını sayan kassir, arxiv şəkli
Oktyabr ayında isə qiymətlər bir ay əvvəl 2,2% artdıqdan sonra 1,1% artıb. Göstəricilər də ilkin qiymətləndirmə ilə üst-üstə düşüb.
Agentlik, eyni zamanda, enerji qiymətlərinin sentyabrda 43,9% nəticədən sonra illik müqayisədə 43% artdığını bildirib. Təbii qazın qiyməti isə iki dəfədən çox artıb.
"Destatis" aylıq inflyasiya məlumatlarını dərc edir və sonra onları dəqiqləşdirilir.
Xəbər lenti
0