https://sputnik.az/20221110/vladimir-norov-tdt-olkelerini-geosiyasi-gerginlik-qarsisinda-birlesmeye-cagirib-448399341.html
Vladimir Norov TDT ölkələrini geosiyasi gərginlik qarşısında birləşməyə çağırıb
Vladimir Norov TDT ölkələrini geosiyasi gərginlik qarşısında birləşməyə çağırıb
Sputnik Azərbaycan
Özbəkistanın xarici işlər naziri bildirib ki, yeni dünya düzəni uğrunda artan mübarizə qlobal miqyasda dərin fikir ayrılıqlarına səbəb olur, TDT ölkələrinin və... 10.11.2022, Sputnik Azərbaycan
2022-11-10T10:54+0400
2022-11-10T10:54+0400
2022-11-10T10:54+0400
dünya xəbərləri
türk dövlətləri təşkilatı
xin rəhbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0a/448399172_0:0:3157:1776_1920x0_80_0_0_73bce359dd51199fe7265ae36fd023a2.jpg
BAKI, 10 noyabr — Sputnik. Türk Dövlətləri Təşkilatı ölkələrini dünyada artan geosiyasi gərginlik qarşısında birləşməyə çağırırıq. Bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov deyib.Onun sözlərinə görə, yeni dünya düzəni uğrunda artan mübarizə qlobal miqyasda dərin fikir ayrılıqlarına səbəb olur, TDT ölkələrinin və regionun sabitliyinə, təhlükəsizliyinə və gələcək inkişafına bir çox təhlükələr yaradır."Belə çətin beynəlxalq vəziyyətdə Türk Dövlətləri Təşkilatı öz inkişafında yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyur", - Özbəkistanın xarici işlər naziri qeyd edib.O, həmçinin TDT ölkələrinin bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə möhkəm sadiqlik əsasında suverenliyə, ərazi bütövlüyünə, təhlükəsizliyə və davamlı inkişafa təhdidləri aradan qaldırmaq üçün" çoxtərəfli əlaqələri gücləndirmək və genişləndirmək, birgə imkanlar yaratmaq zərurətini qeyd edib.2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0a/448399172_182:0:2913:2048_1920x0_80_0_0_0eb955f9944521856bebe388fb5123e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türk dövlətləri təşkilatı, xin rəhbərləri
türk dövlətləri təşkilatı, xin rəhbərləri
Vladimir Norov TDT ölkələrini geosiyasi gərginlik qarşısında birləşməyə çağırıb
Özbəkistanın xarici işlər naziri bildirib ki, yeni dünya düzəni uğrunda artan mübarizə qlobal miqyasda dərin fikir ayrılıqlarına səbəb olur, TDT ölkələrinin və regionun sabitliyinə, təhlükəsizliyinə və gələcək inkişafına bir çox təhlükələr yaradır.
BAKI, 10 noyabr — Sputnik. Türk Dövlətləri Təşkilatı ölkələrini dünyada artan geosiyasi gərginlik qarşısında birləşməyə çağırırıq. Bunu Özbəkistanın xarici işlər naziri Vladimir Norov deyib.
"Səmərqənd sammiti geosiyasi gərginliyin artması kontekstində keçirilir. Ona görə də bizim üçün çox önəmlidir ki, birliyimizi, həmrəyliyimizi nümayiş etdirək", - deyə Norov bildirib.
Onun sözlərinə görə, yeni dünya düzəni uğrunda artan mübarizə qlobal miqyasda dərin fikir ayrılıqlarına səbəb olur, TDT ölkələrinin və regionun sabitliyinə, təhlükəsizliyinə və gələcək inkişafına bir çox təhlükələr yaradır.
"Belə çətin beynəlxalq vəziyyətdə Türk Dövlətləri Təşkilatı öz inkişafında yeni, daha məsuliyyətli mərhələyə qədəm qoyur", - Özbəkistanın xarici işlər naziri qeyd edib.
O, həmçinin TDT ölkələrinin bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə möhkəm sadiqlik əsasında suverenliyə, ərazi bütövlüyünə, təhlükəsizliyə və davamlı inkişafa təhdidləri aradan qaldırmaq üçün" çoxtərəfli əlaqələri gücləndirmək və genişləndirmək, birgə imkanlar yaratmaq zərurətini qeyd edib.
2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər.