CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uzun illər axtarışda olan şəxs Lənkaranda saxlanılıb

© AFP 2023 / ALLISON DINNERSaxlanılan şəxs, arxiv şəkli
Saxlanılan şəxs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.11.2022
Abunə olmaq
Rizvan Həsənov Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
BAKI, 10 noyabr — Sputnik. Azərbaycanda 24 il axtarışda olan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 1998-ci il yanvar ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarış elan edilmiş Rizvan Həsənov Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, həmin şəxs axtarışdan yayınmaq üçün bu illər ərzində vaxtaşırı olaraq yaşadığı ünvanları dəyişib.
Xəbər lenti
0