https://sputnik.az/20221110/tdt-de-efqanistan-muzakiresi-norovdan-teklif-448397402.html
TDT-də Əfqanıstan müzakirəsi: Norovdan təklif
TDT-də Əfqanıstan müzakirəsi: Norovdan təklif
Sputnik Azərbaycan
Özbəkistanın xarici işlər naziri qeyd edib ki, türk xalqları Əfqanıstanla ortaq tarixi, mədəni və mənəvi bağlara malikdir. 10.11.2022, Sputnik Azərbaycan
2022-11-10T10:21+0400
2022-11-10T10:21+0400
2022-11-10T10:21+0400
dünya xəbərləri
türk
dövlət
xin rəhbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426795131_38:0:1000:541_1920x0_80_0_0_3616fadeba107776385144a2703dac35.jpg
BAKI, 10 noyabr — Sputnik.Türk Dövlətləri Təşkilatı (TDT) Əfqanıstanın yeni hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyət üçün vahid yanaşma inkişaf etdirməlidir. Bunu Özbəkistan xarici işlər naziri Vladimir Norov deyib.Qeyd edək ki, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının sammiti keçiriləcək. İclas ərəfəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası açılıb.Özbəkistanın xarici işlər naziri qeyd edib ki, türk xalqları Əfqanıstanla ortaq tarixi, mədəni və mənəvi bağlara malikdir."Özbəkistan bu ölkənin siyasi və sosial-iqtisadi dirçəlişi üçün beynəlxalq ictimaiyyətin fəal dəstəyinə ehtiyac olması ilə bağlı qəti və prinsipial mövqeyinə sadiqdir", - Norov deyib.O, oktyabrda Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində elan olunmuş Əfqanıstan üzrə yüksək səviyyəli beynəlxalq danışıqlar qrupunun yaradılması ilə bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsünü xatırladıb.2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verilib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426795131_279:0:1000:541_1920x0_80_0_0_0748cf4c38329b60604f34517b8303dc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türk, dövlət, xin rəhbərləri
türk, dövlət, xin rəhbərləri
TDT-də Əfqanıstan müzakirəsi: Norovdan təklif
Özbəkistanın xarici işlər naziri qeyd edib ki, türk xalqları Əfqanıstanla ortaq tarixi, mədəni və mənəvi bağlara malikdir.
BAKI, 10 noyabr — Sputnik.Türk Dövlətləri Təşkilatı (TDT) Əfqanıstanın yeni hakimiyyət orqanları ilə qarşılıqlı fəaliyyət üçün vahid yanaşma inkişaf etdirməlidir. Bunu Özbəkistan xarici işlər naziri Vladimir Norov deyib.
Qeyd edək ki, noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının sammiti keçiriləcək. İclas ərəfəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası açılıb.
"Əfqanıstanda sabitlik, sülh və təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələyə toxunmağı zəruri hesab edirəm. Biz Əfqanıstanın müvəqqəti hökumətinə ümumi və vahid yanaşmanı inkişaf etdirməliyik", - Norov bildirib.
Özbəkistanın xarici işlər naziri qeyd edib ki, türk xalqları Əfqanıstanla ortaq tarixi, mədəni və mənəvi bağlara malikdir.
"Özbəkistan bu ölkənin siyasi və sosial-iqtisadi dirçəlişi üçün beynəlxalq ictimaiyyətin fəal dəstəyinə ehtiyac olması ilə bağlı qəti və prinsipial mövqeyinə sadiqdir", - Norov deyib.
O, oktyabrda Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində elan olunmuş Əfqanıstan üzrə yüksək səviyyəli beynəlxalq danışıqlar qrupunun yaradılması ilə bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsünü xatırladıb.
2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatına çevrilməsinə qərar verilib. Təşkilatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər.