https://sputnik.az/20221110/svecli-fotoqraf-qarabag-haqqinda-film-cekib--448443658.html
İsveçli fotoqraf Qarabağ haqqında film çəkib
İsveçli fotoqraf Qarabağ haqqında film çəkib
Sputnik Azərbaycan
UNESCO üzrə Azərbaycan Milli komissiyasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş ekran əsəri "2022-ci il Şuşa İli" və... 10.11.2022, Sputnik Azərbaycan
2022-11-10T22:20+0400
2022-11-10T22:20+0400
2022-11-10T22:29+0400
mədəniyyət
film
isveç
rejissor
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945076_0:103:2000:1228_1920x0_80_0_0_f863a5f5dad165827ad4da53e2f9f75a.jpg
BAKI, 10 noyabr - Sputnik. Bu gün isveçli fotoqraf, rejissor Mikael Silkeberqin "Xarıbülbül əfsanəsi" sənədli filminin təqdimatı baş tutub. Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli komissiyasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş ekran əsəri "2022-ci il Şuşa İli" və Şanlı Zəfərimizin ikinci ildönümü münasibəti ilə mədəniyyət paytaxtımızın əsrarəngiz mədəni-ədəbi ruhuna orijinal baxışı əks etdirir.Nizami kino mərkəzində baş tutan tədbirdə filmin rejissoru Rahim Sadıqbəyli Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşada çəkilişləri aparılan bu film haqqında bəhs edərək, onun xarici komanda ilə ərsəyə gələn ilk sənədli film olduğunu bildirib.O həm də, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, UNESCO üzrə Azərbaycan Milli Komissiyasına və Azərbaycanın İsveçdəki səfirliyinə filmin çəkilişlərinə verdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.Filmin rejissoru Mikael Silkeberg öz həyatı və uşaqlıq xatirələrinin onda şərq mədəniyyətinə maraq oyatdığını ifadə edərək, bu səbəbdən Türkiyəyə dəfələrlə səfər etdiyini bildirib.Sonradan bunun Azərbaycanla tanışlığa gətirib çıxardığını habelə, bir çox şəhərlərlə yanaşı Şuşaya səfərin ona güclü təəssürat yaratdığını bildirib:"Şuşanın təbiəti, oranın mədəniyyəti və tarixi məndə böyük maraq oyatdı. Bir az araşdırma aparıb anladım ki, bu şəhərin əsasını qoyan Pənahəli xan vaxtı ilə bura bütün ətraf bölgələrdən mədəniyyət və incəsənət ustadlarını gətirərək, Şuşanı bir mədəniyyət mərkəzinə çevirməyə nail olub. Bu gün sizə nümayiş olunacaq bu film dəfələrlə Azərbaycana səfərim zamanı mənim bu zəngin mədəniyyətlə tanışlığım, orada gördüklərim və eşitdiklərimdən bəhs edir", - deyə rejissor bildirib.Daha sonra çıxış edən Mədəniyyət Nazirliyinin "Audiovizual və İnteraktiv Media" şöbəsinin müdiri Rüfət Həsənov bildirib ki, adıçəkilən film Azərbaycan mədəniyyətinin dünyada tanınması üçün böyük töhfədir.Qeyd edək ki, “Xarıbülbül əfsanəsi” sənədli filmində Azərbaycan mədəniyyətində Şuşa şəhərinin yeri, habelə bu şəhərdə anadan olub, dünya mədəniyyətinə, musiqisinə və incəsənətində böyük töhfələr vermiş insanlar haqqında məlumat verilib.Xatırladaq ki, sözügedən film bir müddət öncə İsveçin paytaxtı Stokholmda nümayiş olunub.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945076_114:0:1887:1330_1920x0_80_0_0_a15f93c25bbc2ef2c217bcb1aa87790b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
film, isveç, rejissor, azərbaycan
film, isveç, rejissor, azərbaycan
İsveçli fotoqraf Qarabağ haqqında film çəkib
22:20 10.11.2022 (Yenilənib: 22:29 10.11.2022) UNESCO üzrə Azərbaycan Milli komissiyasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmiş ekran əsəri "2022-ci il Şuşa İli" və Şanlı Zəfərimizin ikinci ildönümü münasibəti çəkilib.
BAKI, 10 noyabr - Sputnik. Bu gün isveçli fotoqraf, rejissor Mikael Silkeberqin "Xarıbülbül əfsanəsi" sənədli filminin təqdimatı baş tutub. Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli komissiyasının və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş ekran əsəri "2022-ci il Şuşa İli" və Şanlı Zəfərimizin ikinci ildönümü münasibəti ilə mədəniyyət paytaxtımızın əsrarəngiz mədəni-ədəbi ruhuna orijinal baxışı əks etdirir.
Nizami kino mərkəzində baş tutan tədbirdə filmin rejissoru Rahim Sadıqbəyli Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşada çəkilişləri aparılan bu film haqqında bəhs edərək, onun xarici komanda ilə ərsəyə gələn ilk sənədli film olduğunu bildirib.
O həm də, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, UNESCO üzrə Azərbaycan Milli Komissiyasına və Azərbaycanın İsveçdəki səfirliyinə filmin çəkilişlərinə verdikləri dəstəyə görə minnətdarlığını ifadə edib.
Filmin rejissoru Mikael Silkeberg öz həyatı və uşaqlıq xatirələrinin onda şərq mədəniyyətinə maraq oyatdığını ifadə edərək, bu səbəbdən Türkiyəyə dəfələrlə səfər etdiyini bildirib.
Sonradan bunun Azərbaycanla tanışlığa gətirib çıxardığını habelə, bir çox şəhərlərlə yanaşı Şuşaya səfərin ona güclü təəssürat yaratdığını bildirib:
"Şuşanın təbiəti, oranın mədəniyyəti və tarixi məndə böyük maraq oyatdı. Bir az araşdırma aparıb anladım ki, bu şəhərin əsasını qoyan Pənahəli xan vaxtı ilə bura bütün ətraf bölgələrdən mədəniyyət və incəsənət ustadlarını gətirərək, Şuşanı bir mədəniyyət mərkəzinə çevirməyə nail olub. Bu gün sizə nümayiş olunacaq bu film dəfələrlə Azərbaycana səfərim zamanı mənim bu zəngin mədəniyyətlə tanışlığım, orada gördüklərim və eşitdiklərimdən bəhs edir", - deyə rejissor bildirib.
Daha sonra çıxış edən Mədəniyyət Nazirliyinin "Audiovizual və İnteraktiv Media" şöbəsinin müdiri Rüfət Həsənov bildirib ki, adıçəkilən film Azərbaycan mədəniyyətinin dünyada tanınması üçün böyük töhfədir.
Qeyd edək ki, “Xarıbülbül əfsanəsi” sənədli filmində Azərbaycan mədəniyyətində Şuşa şəhərinin yeri, habelə bu şəhərdə anadan olub, dünya mədəniyyətinə, musiqisinə və incəsənətində böyük töhfələr vermiş insanlar haqqında məlumat verilib.
Xatırladaq ki, sözügedən film bir müddət öncə İsveçin paytaxtı Stokholmda nümayiş olunub.