CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qubada yol kənarında silah tapılıb

© pixabay / byrevOv tüfəngi
Ov tüfəngi - Sputnik Azərbaycan, 1920, 10.11.2022
Abunə olmaq
Polis əməkdaşları tərəfindən Quba şəhəri köhnə kərpic zavod adlanan ərazidə xidmətdə olduqları zaman yolun kənarından 1 ədəd "İJ" markalı qoşa lüləli ov silahı aşkar olunaraq götürülüb.
BAKI, 10 noyabr — Sputnik. Quba rayonu ərazisində yol kənarından silah tapılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən, Quba şəhəri köhnə kərpic zavod adlanan ərazidə xidmətdə olduqları zaman yolun kənarından 1 ədəd "İJ" markalı qoşa lüləli ov silahı aşkar olunaraq götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Xatırladaq ki, bir müddət əvvəl Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Talış kəndi ərazisində xidmətdə olarkən 2640 ədəd 7.62 çaplı patronlar aşkar edərək götürüblər. Analoji hadisə Füzuli rayonunda da baş vermişdi. Belə ki, Füzuli rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkarlanıb.
Tapılan 6 avtomat, 1 qumbaraatan, 1 pulemyot, 12 əl qumbarası, 3853 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aidiyyəti üzrə təhvil verilib.
Xəbər lenti
0