https://sputnik.az/20221110/qazaxistan-btc-ile-neft-neqline-baslayacaq-448424996.html
Qazaxıstan BTC ilə neft nəqlinə başlayacaq
Qazaxıstan BTC ilə neft nəqlinə başlayacaq
Sputnik Azərbaycan
Qazaxıstanın Baş naziri bildirib ki, Bakı-Tbilisi-Ceyhan istiqamətində 1 yanvar 2023-cü ildən etibarən 1,5 milyon ton neftin nəqlinə dair razılaşma əldə... 10.11.2022, Sputnik Azərbaycan
2022-11-10T16:21+0400
2022-11-10T16:21+0400
2022-11-10T17:58+0400
dünya xəbərləri
btc
neft kəməri
nəql
qazaxıstan
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441891545_0:179:3004:1869_1920x0_80_0_0_d2ee69b1423c617d593886645dc204bc.jpg
BAKI, 10 noyabr — Sputnik. Qazaxıstan 1 yanvar 2023-cü il tarixindən etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə neft nəqlinə başlayacaq.Bu barədə Qazaxıstanın Baş naziri Alixan Smailov ölkə parlamentinin plenar iclasından sonra keçirdiyi brifinqdə bildirib.O, qeyd edib ki, Qazaxıstanın neft nəqlinin diversifikasiyası ilə bağlı xüsusi proqram hazırlanılıb. Proqrama əsasən Qazaxıstan nefti Aktau limanından Bakı limanına çatdırılacaq və buradan BTC vasitəsilə nəql ediləcək."Bakı limanı vasitəsilə Qazaxıstan nefti Bakı-Supsa və Bakı-Batumi neft kəmərləri ilə nəql edilə bilər. Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu xətti də var. Bir də Çin istiqaməti var. Hazırda biz bu istiqamətlərdə neft ixracı potensialının genişləndirilməsi və artırılması üzərində işləyirik. Bakı-Tbilisi-Ceyhan istiqamətinə gəldikdə isə, biz 1 yanvar 2023-cü ildən etibarən 1,5 milyon ton neftin nəqlinə dair razılaşma əldə etmişik", - deyə Baş nazir bildirib.Baş nazir qeyd edib ki, bu həcmin daha sonra 6,5 milyon tona çatdırılması nəzərdə tutulub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441891545_137:0:2868:2048_1920x0_80_0_0_d2c9df81accc13ed0fb18f5a768c3a65.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
btc, neft kəməri, nəql, qazaxıstan
btc, neft kəməri, nəql, qazaxıstan
Qazaxıstan BTC ilə neft nəqlinə başlayacaq
16:21 10.11.2022 (Yenilənib: 17:58 10.11.2022) Qazaxıstanın Baş naziri bildirib ki, Bakı-Tbilisi-Ceyhan istiqamətində 1 yanvar 2023-cü ildən etibarən 1,5 milyon ton neftin nəqlinə dair razılaşma əldə ediblər.
BAKI, 10 noyabr — Sputnik. Qazaxıstan 1 yanvar 2023-cü il tarixindən etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə neft nəqlinə başlayacaq.
Bu barədə Qazaxıstanın Baş naziri Alixan Smailov ölkə parlamentinin plenar iclasından sonra keçirdiyi brifinqdə bildirib.
O, qeyd edib ki, Qazaxıstanın neft nəqlinin diversifikasiyası ilə bağlı xüsusi proqram hazırlanılıb. Proqrama əsasən Qazaxıstan nefti Aktau limanından Bakı limanına çatdırılacaq və buradan BTC vasitəsilə nəql ediləcək.
"Bakı limanı vasitəsilə Qazaxıstan nefti Bakı-Supsa və Bakı-Batumi neft kəmərləri ilə nəql edilə bilər. Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu xətti də var. Bir də Çin istiqaməti var. Hazırda biz bu istiqamətlərdə neft ixracı potensialının genişləndirilməsi və artırılması üzərində işləyirik. Bakı-Tbilisi-Ceyhan istiqamətinə gəldikdə isə, biz 1 yanvar 2023-cü ildən etibarən 1,5 milyon ton neftin nəqlinə dair razılaşma əldə etmişik", - deyə Baş nazir bildirib.
Baş nazir qeyd edib ki, bu həcmin daha sonra 6,5 milyon tona çatdırılması nəzərdə tutulub.