https://sputnik.az/20221110/pasinyanin-qarabagla-bagli-teklifine-azerbaycandan-munasibet-448413504.html
Paşinyanın Qarabağla bağlı təklifinə Azərbaycandan münasibət
Paşinyanın Qarabağla bağlı təklifinə Azərbaycandan münasibət
Sputnik Azərbaycan
Politoloq İlqar Vəlizadə deyib ki, sabah Türk Dövlətləri Təşkilatının sammitində Nikol Paşinyan İlham Əliyevin cavabını eşidəcək. 10.11.2022, Sputnik Azərbaycan
2022-11-10T12:32+0400
2022-11-10T12:32+0400
2022-11-10T12:32+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
politoloq
ermənistanın baş naziri nikol paşinyan
sərhəd
azərbaycan
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438511385_0:0:2000:1125_1920x0_80_0_0_255a5e61ae4456db1a78a5b33e0e049b.jpg
BAKI, 10 noyabr — Sputnik. "Ermənistan tərəfi açıq-aşkar absurd tələblərində israr edəcək və özünə dəstək axtaracaq". Bunu Sputnik Azərbaycan-a politoloq İlqar Vəlizadə deyib.Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilən görüşündə ölkəsi Bakıya Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaratmağı təklif edib.Onun sözlərinə görə, Yerevan eyni təkliflə Ermənistan-Azərbaycan sərhəd zonası ilə bağlı da çıxış edib."Biz qoşunların sərhəddən 1991-ci ildəki vəziyyətə uyğun qaytarılmasını, üç kilometrlik hərbsizləşdirilmiş zona yaradılmasını təklif etmişik. Dünən biz təklifin yenilənmiş variantını Azərbaycana təqdim etmişik", - Ermənistanın baş naziri deyib.Politoloq İlqar Vəlizadə deyib ki, noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçiriləcək sammitində Nikol Paşinyan İlham Əliyevin cavabını eşidəcək:Maraqlıdır, bu halda iki ölkənin sərhədində kim dayanacaq - avropalı müşahidəçilər? - deyə politoloq suala cavab axtarıb.Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev "Zəfər Günü" münasibətilə Şuşada təşkil olunan tədbirdə Ermənistanın işğal dövründə rəsmi təbliğatının Azərbaycanın öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməyəcəyini bəyan etdiyini diqqətə çatdırıb.Dövlət başçısı onu da bildirib ki, beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir:"Onlar neçə dəfə demişdilər ki, bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni, birincisi, bizi inandırmağa çalışırdılar. İkincisi, bizi məsələni hərbi yolla həll etməkdən çəkindirməyə çalışırdılar. Biz də təbii ki, çalışırdıq bu məsələ sülh yolu ilə həll olunsun, ancaq həll olunsun. Amma biz görürdük ki, sadəcə olaraq, danışıqlar taktikası məsələnin dondurulmasına aparır və əlbəttə ki, bununla heç vaxt razı ola bilməzdik".
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438511385_227:0:2000:1330_1920x0_80_0_0_8ed9ad35a0ee65c611df60f6648104da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
politoloq, ermənistanın baş naziri nikol paşinyan, sərhəd, azərbaycan, prezident ilham əliyev
politoloq, ermənistanın baş naziri nikol paşinyan, sərhəd, azərbaycan, prezident ilham əliyev
Paşinyanın Qarabağla bağlı təklifinə Azərbaycandan münasibət
Politoloq İlqar Vəlizadə deyib ki, sabah Türk Dövlətləri Təşkilatının sammitində Nikol Paşinyan İlham Əliyevin cavabını eşidəcək.
BAKI, 10 noyabr — Sputnik. "Ermənistan tərəfi açıq-aşkar absurd tələblərində israr edəcək və özünə dəstək axtaracaq". Bunu Sputnik Azərbaycan-a politoloq İlqar Vəlizadə deyib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilən görüşündə ölkəsi Bakıya Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaratmağı təklif edib.
"Oktyabrın 31-də Soçidə keçirilən görüşdə mən Qarabağ ətrafında beynəlxalq təminatlarla silahsızlaşdırılmış zonanın yaradılması təklifini təqdim etdim. Bunun nəticəsində Qarabağda Müdafiə Ordusuna ehtiyac olmaya bilər. Bu təklif qüvvədə qalmaqda davam edir", - Paşinyan bildirib.
Onun sözlərinə görə, Yerevan eyni təkliflə Ermənistan-Azərbaycan sərhəd zonası ilə bağlı da çıxış edib.
"Biz qoşunların sərhəddən 1991-ci ildəki vəziyyətə uyğun qaytarılmasını, üç kilometrlik hərbsizləşdirilmiş zona yaradılmasını təklif etmişik. Dünən biz təklifin yenilənmiş variantını Azərbaycana təqdim etmişik", - Ermənistanın baş naziri deyib.
Politoloq İlqar Vəlizadə deyib ki, noyabrın 11-də Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçiriləcək sammitində Nikol Paşinyan İlham Əliyevin cavabını eşidəcək:
"Belə bir yanaşma ilə, təəssüf ki, regionda sülhün əldə olunması mümkün görünmür. Vəziyyət İrəvanın təhrik etdiyi hərbi gərginlik istiqamətində cərəyan etməkdə davam edir. "Hərbisizləşdirilmiş zona"nın yaradılması ilə bağlı bəyanatların absurdluğu tərəflərin sərhədin delimitasiyası və demarkasiyası planları ilə uyğun gəlmir".
Maraqlıdır, bu halda iki ölkənin sərhədində kim dayanacaq - avropalı müşahidəçilər? - deyə politoloq suala cavab axtarıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev "Zəfər Günü" münasibətilə Şuşada təşkil olunan tədbirdə Ermənistanın işğal dövründə rəsmi təbliğatının Azərbaycanın öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməyəcəyini bəyan etdiyini diqqətə çatdırıb.
Dövlət başçısı onu da bildirib ki, beynəlxalq qurumların nümayəndələrinin, bu məsələ ilə məşğul olan ölkələrin vəzifəli şəxslərinin çıxışlarına baxmaq kifayətdir:
"Onlar neçə dəfə demişdilər ki, bu müharibənin, bu münaqişənin hərbi həlli yoxdur. Yəni, birincisi, bizi inandırmağa çalışırdılar. İkincisi, bizi məsələni hərbi yolla həll etməkdən çəkindirməyə çalışırdılar. Biz də təbii ki, çalışırdıq bu məsələ sülh yolu ilə həll olunsun, ancaq həll olunsun. Amma biz görürdük ki, sadəcə olaraq, danışıqlar taktikası məsələnin dondurulmasına aparır və əlbəttə ki, bununla heç vaxt razı ola bilməzdik".