https://sputnik.az/20221110/neft-ucuzlasir---sebebler-448404481.html
Neft ucuzlaşır - SƏBƏBLƏR
Neft ucuzlaşır - SƏBƏBLƏR
Sputnik Azərbaycan
Dünya bazarlarında neftin qiyməti düşür. Çində pandemiyaya qarşı sərt tədbirlər həyata keçirilir. 10.11.2022, Sputnik Azərbaycan
2022-11-10T11:50+0400
2022-11-10T11:50+0400
2022-11-10T11:50+0400
neft-qaz
neft
qiymət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440811777_0:0:3073:1728_1920x0_80_0_0_62b4186e27b5161b3cc2e675a457dc4c.jpg
BAKI, 10 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,18 dollar azalaraq 92,47 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 85,61 dollar olub.Azərbaycan neftinin qiyməti 2,68 dollar yaxud 2,61% azalaraq 99,92 dollar təşkil edib.Qeyd edək ki, Çində koronavirusun yenidən yayılması haqqında xəbərlər dünya bazarlarında neftin qiymətinin düşməsinə səbəb olub. Hazırda Çində pandemiyaya qarşı sərt tədbirlər həyata keçirilir.Paytaxt Pekində yoluxma halları son 5 ayda ən yüksək səviyyəyə çatıb. Bundan başqa, ABŞ-da neft ehtiyatları 3,9 milyon barel artıb. ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar neftin qiymətinə təsir göstərir.Onu da bildirək ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440811777_136:0:2867:2048_1920x0_80_0_0_1384e2ed0919cb76f4bd04c9e3115f29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azərbaycan
Neft ucuzlaşır - SƏBƏBLƏR
Dünya bazarlarında neftin qiyməti düşür. Çində pandemiyaya qarşı sərt tədbirlər həyata keçirilir.
BAKI, 10 noyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,18 dollar azalaraq 92,47 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,22 dollar ucuzlaşaraq 85,61 dollar olub.
Azərbaycan neftinin qiyməti 2,68 dollar yaxud 2,61% azalaraq 99,92 dollar təşkil edib.
Qeyd edək ki, Çində koronavirusun yenidən yayılması haqqında xəbərlər dünya bazarlarında neftin qiymətinin düşməsinə səbəb olub. Hazırda Çində pandemiyaya qarşı sərt tədbirlər həyata keçirilir.
Paytaxt Pekində yoluxma halları son 5 ayda ən yüksək səviyyəyə çatıb. Bundan başqa, ABŞ-da neft ehtiyatları 3,9 milyon barel artıb. ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar neftin qiymətinə təsir göstərir.
Onu da bildirək ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.