https://sputnik.az/20221110/azerbaycanlilar-rusiya-universitetlerinde-pulsuz-tehsil-ala-bilerler-448419087.html
Azərbaycanlılar Rusiya universitetlərində pulsuz təhsil ala bilərlər
Azərbaycanlılar Rusiya universitetlərində pulsuz təhsil ala bilərlər
Sputnik Azərbaycan
Bakıdakı "Rus Evi"ndə açılmış Rusiya ali təhsil müəssisələrinin sərgisində bu ölkənin 9 şəhərindən 16 universitetin nümayəndələri iştirak edirlər. 10.11.2022, Sputnik Azərbaycan
2022-11-10T15:00+0400
2022-11-10T15:00+0400
2022-11-10T16:33+0400
video
azərbaycan
rusiya
sərgi
ali məktəb
mixail boçarnikov
rusiyanın səfiri
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0a/448415340_0:0:2001:1125_1920x0_80_0_0_b9ecf27418029083b3333c34d20ab769.jpg
BAKI, 10 noyabr - Sputnik. Tədbirdə təmsil olunan ali məktəblər arasında Rusiya Xalqlar Dostluğu Universiteti, "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universiteti, Bauman adına Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Gertsen adına Rusiya Dövlət Humanitar Universiteti, Kazan Federal Universiteti və digər təhsil müəssisələri var.Açılışda Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxış edərək bu tədbirin iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafında mühüm addım olduğunu qeyd edib."Gənc mütəxəssislərin hazırlanması hər bir dövlətin mövcudluğunun təməlidir. Mən çox şadam ki, ölkələrimiz arasında yaxşı qarşılıqlı anlaşma var. Bu sərgi çərçivəsində azərbaycanlılar Rusiya universitetləri haqqında daha çox məlumat əldə etmək imkanı əldə edəcəklər. Bir çox məktəbli və tələbələrin Rusiyada təhsil almağa can atması bizi sevindirir. İstərdim ki, belə tədbirlər daha çox keçirilsin. Təhsil bizim üçün hər şeydir", - deyə Boçarnikov bildirib.Bakıdakı Rusiya Evinin rəhbəri İrek Zinnurov qeyd edib ki, təşkilatın fəaliyyət istiqamətlərindən biri də azərbaycanlıların Rusiyada təhsil almasına imkan yaratmaqdır. Bununla əlaqədar olaraq, Rusiya Evi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hər il birgə təhsil layihələri həyata keçirir."Tələbələrin gəlib universitet nümayəndələri ilə söhbət edə bilməsi və ən çox bəyəndikləri universiteti seçmələri üçün biz bu sərgini təşkil etmək qərarına gəldik. 2023/2024-cü tədris ilində Azərbaycan vətəndaşları üçün Rusiya universitetlərində 270 nəfərlik təhsil kvotası müəyyənləşdirilib", - deyə Zinnurov bildirib.Rusiya universitetlərinin nümayəndələri iki gün ərzində azərbaycanlı məktəblilər və tələbələr üçün ustad dərsləri keçəcək və onlar öz təhsil müəssisələri haqqında ətraflı danışacaqlar. Bundan əlavə, onlar Azərbaycandan olan həmkarları ilə görüşərək təcrübə mübadiləsi aparmaq və gələcək əməkdaşlıq haqqında razılığa gəlmək niyyətindədirlər.Sərgi iki gün davam edəcək.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/0a/448415340_0:0:1777:1333_1920x0_80_0_0_446bae49a0073cacf46b51f2d8cd2d13.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
azərbaycan, видео, rusiya, sərgi, ali məktəb, mixail boçarnikov, rusiyanın səfiri
azərbaycan, видео, rusiya, sərgi, ali məktəb, mixail boçarnikov, rusiyanın səfiri
Azərbaycanlılar Rusiya universitetlərində pulsuz təhsil ala bilərlər
15:00 10.11.2022 (Yenilənib: 16:33 10.11.2022) Bakıdakı "Rus Evi"ndə açılmış Rusiya ali təhsil müəssisələrinin sərgisində bu ölkənin 9 şəhərindən 16 universitetin nümayəndələri iştirak edirlər.
BAKI, 10 noyabr - Sputnik. Tədbirdə təmsil olunan ali məktəblər arasında Rusiya Xalqlar Dostluğu Universiteti, "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universiteti, Bauman adına Moskva Dövlət Texniki Universiteti, Sankt-Peterburq Dövlət Universiteti, Gertsen adına Rusiya Dövlət Humanitar Universiteti, Kazan Federal Universiteti və digər təhsil müəssisələri var.
Açılışda Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov çıxış edərək bu tədbirin iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafında mühüm addım olduğunu qeyd edib.
"Gənc mütəxəssislərin hazırlanması hər bir dövlətin mövcudluğunun təməlidir. Mən çox şadam ki, ölkələrimiz arasında yaxşı qarşılıqlı anlaşma var. Bu sərgi çərçivəsində azərbaycanlılar Rusiya universitetləri haqqında daha çox məlumat əldə etmək imkanı əldə edəcəklər. Bir çox məktəbli və tələbələrin Rusiyada təhsil almağa can atması bizi sevindirir. İstərdim ki, belə tədbirlər daha çox keçirilsin. Təhsil bizim üçün hər şeydir", - deyə Boçarnikov bildirib.
Bakıdakı Rusiya Evinin rəhbəri İrek Zinnurov qeyd edib ki, təşkilatın fəaliyyət istiqamətlərindən biri də azərbaycanlıların Rusiyada təhsil almasına imkan yaratmaqdır. Bununla əlaqədar olaraq, Rusiya Evi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hər il birgə təhsil layihələri həyata keçirir.
"Tələbələrin gəlib universitet nümayəndələri ilə söhbət edə bilməsi və ən çox bəyəndikləri universiteti seçmələri üçün biz bu sərgini təşkil etmək qərarına gəldik. 2023/2024-cü tədris ilində Azərbaycan vətəndaşları üçün Rusiya universitetlərində 270 nəfərlik təhsil kvotası müəyyənləşdirilib", - deyə Zinnurov bildirib.
Rusiya universitetlərinin nümayəndələri iki gün ərzində azərbaycanlı məktəblilər və tələbələr üçün ustad dərsləri keçəcək və onlar öz təhsil müəssisələri haqqında ətraflı danışacaqlar. Bundan əlavə, onlar Azərbaycandan olan həmkarları ilə görüşərək təcrübə mübadiləsi aparmaq və gələcək əməkdaşlıq haqqında razılığa gəlmək niyyətindədirlər.
Sərgi iki gün davam edəcək.