Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan haqqında qısametrajlı film beynəlxalq festivalın qalibi olub

© Sputnik / Shahperi AbbasovaŞəki xan sarayı
Şəki xan sarayı  - Sputnik Azərbaycan, 1920, 10.11.2022
Abunə olmaq
BBC World News üçün hazırlanan Azərbaycan filmi Yunanıstanda keçirilən beynəlxalq film festivalında ən yaxşı filmlər sırasında yer alıb.
BAKI, 10 noyabr - Sputnik. “Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” adlı qısa film XIII Amorqos Beynəlxalq Turizm Filmləri Festivalında “Turizm destinasiyası olan ölkələr” nominasiyası üzrə I yerə layiq görülüb. Eyni nominasiya üzrə ikinci pillədə Avstraliya, üçüncü pillədə isə Avstriya qərarlaşıb.
“Turizm destinasiyası olan ölkələr”, “Turizm destinasiyası olan şəhərlər”, “Turizm məhsulları”, “Turizm xidmətləri”, “Səyahət üzrə marketinq videosu” və “Müstəqil səyahət videosu” nominasiyalarını əhatə edən müsabiqədə 50 ölkədən 145 turizm videoçarxı iştirak edib. Beynəlxalq münsiflər heyətinin qiymətləndirməsindən sonra 25 qısa film nominasiyalara namizəd seçilib.
Qeyd edək ki, “Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” filmi “DARS FILMS” tərəfindən “BBC World News” üçün hazırlanıb.
Amorqos Beynəlxalq Turizm Filmləri Festivalı 2017-ci ildən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) rəsmi üzvüdür.
Xəbər lenti
0