DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanda prezident seçkilərində ciddi dəyişiklik ediləcək

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidГород Нур-Султан, фото из архива
Город Нур-Султан, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.11.2022
Abunə olmaq
Qazaxıstan prezidentliyə namizədlər üçün qazax dilini bilməyi məcburi etmək istəyir
BAKI, 9 noyabr - Sputnik. Qazaxıstanda vətəndaşlıq üçün müraciət edənlər üçün dövlət dilini bilməsi ilkin şərtə çevriləcək.
“Bu gündən etibarən qanunvericiliyə düzəlişlər hazırlanıb ki, onlara əsasən dövlət dilini, tarixin əsaslarını və milli qanunvericiliyi bilməməsi vətəndaşlıq almaqdan və ya onun bərpasından imtina üçün əlavə səbəb hesab olunacaq”, - Qazaxıstanın baş naziri Əlixan Smailov Qazaxıstan Parlamenti Məclisinin saytında dərc olunan deputatın sorğusuna cavab olaraq bildirib.
Hökumət başçısının sözlərinə görə, respublikada qazax xalqının adət-ənənələrini, mədəniyyətini və dilini öyrənmək üçün lazımi şərait var, hazırda 170-dən çox bazar günü məktəbi fəaliyyət göstərir. Miqrantlar yerli icra hakimiyyəti orqanlarının nəzdindəki tədris mərkəzlərinin bazasında da dövlət dilini öyrənə bilərlər.
Qazaxıstanda dövlət dili ilə yanaşı rus dili də istifadə olunur. Bu, respublikanın Konstitusiyasında təsbit olunub, ona əsasən, “dövlət təşkilatlarında və yerli özünüidarəetmə orqanlarında qazax dili ilə birlikdə rəsmi olaraq rus dili də istifadə olunur”.
Xəbər lenti
0