CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis Yevlaxda əməliyyat keçirib, 8 nəfər saxlanılıb

© AFP 2023 / LUIS ROBAYOМужчина в наручниках в полицейском участке, фото из архива
Мужчина в наручниках в полицейском участке, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.11.2022
Abunə olmaq
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BAKI, 9 noyabr - Sputnik. Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları əməliyyat keçirib, 8 nəfər saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Belə ki, Yevlax RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb. Onlardan ümumilikdə 9 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0