https://sputnik.az/20221109/narkotiki-teblig-eden-mahnilara-qarsi-hani-ceza-tedbirleri-gorulmelidir-448349306.html
Narkotiki təbliğ edən mahnılara qarşı hanı cəza tədbirləri görülməlidir?
Narkotiki təbliğ edən mahnılara qarşı hanı cəza tədbirləri görülməlidir?
Sputnik Azərbaycan
Sosial şəbəkələrdə, əsasən də "YouTube"da narkotik vasitələri təbliğ edən, janrı bəlli olmayan musiqi-meyxanalar geniş yayılıb. Açıq-aşkar narkomaniyanın... 09.11.2022, Sputnik Azərbaycan
2022-11-09T22:15+0400
2022-11-09T22:15+0400
2022-11-09T22:15+0400
narkotik
mədəniyyət
təbliğ
mahnı
https://cdnn1.img.sputnik.az/img/42210/56/422105662_0:0:3092:1739_1920x0_80_0_0_abeec9c129628acdb79f854c0d51ff01.jpg
BAKI, 9 noyabr — Sputnik. Son illər sosial şəbəkələrdə, əsasən də "YouTube"da narkotik vasitələri təbliğ edən, janrı bəlli olmayan musiqi-meyxanalar geniş yayılıb. Açıq-aşkar narkomaniyanın təbliğ olunduğu bu klipləri əsasən gənclər izləyirlər. Çox təəssüf ki, belə videolar yeniyetmə və azyaşlılar arasında da populyarlaşıb. Musiqi ilə təbliğ olunan narkomaniya ciddi narahatlıq doğurur. Bu mahnıların təbliği yeyetmələrə nə kimi təsir edə bilər?Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bu mahnılar müəyyən məqamlarda onları yönləndirə, yeniyetmələrin düşüncə və davranışına, ünsiyyətlərinə öz təəssirini göstərə bilər. Psixoloqun sözlərinə görə, bu problem uzun illərdir ki, var: "Hətta sosial platformalarda baxsaq görərik ki, onları kifayət qədər izləyənlər var. Problem ondadır ki, biz bunu dayandıra da bilmərik".Bəs, vəziyyətdən çıxış yolu nədir?E. Rüstəmov bildirir ki, yeniyetmələri təhsilə cəlb etməklə, təhsildən yayınan məktəblilərlə xüsusi işlər aparmaqla bu problemi müəyyən qədər çözə bilərik: "Burada söhbət valideyinin diqqətli olmasından, məktəbin zəruri diqqət göstərməsindən çox şey aslıdır. Burada həm müəllimlər, həm də valideynlərdən diqqət tələb olunur. Təhsildən yayınan uşaq narkotikin potensial qurbanlarından ola bilər. Təhsilli də düşə bilər, amma etimal azdır".Müsahibimiz bununla bağlı konseptual işlər görməyin vacibliyini vurğuladı. Onun sözlərinə görə, bu sahədə cəmiyyətdə maarifləndirmə işləri aparmalıdır. Bundan da əlavə, profilaktik tədbirlər aparmaq lazımdır. Məktəblərdə profilaktik tədbirlər aparılarsa, problemi qismən tənzimlək olar: "Əvvələr də, indi də xarici filmlərə baxsaq görürük ki, hansısa narkotik vasitə qəbul edənin bahalı maşını, villası, təyyarəsi var. O filmə baxan uşaq, yeniyetmə düşünür ki, o təyyarəni əldə etmək üçün narkotik istifadəçisi olmaq lazımdır. Bu filmlər, mahnılar bəşəriyyəti zəhərləmək üçün ən güclü vasitədir. Dünyada ən böyük qaçaqmalçılıq, ticarət bu sahədədir. Narkotik ticarəti ilə məşğul olanlar filmlərdə, sosial şəbəkələrdə şüuraltı infeksiyanı yayırlar. Mən demirəm o mahnını oxuyan bilərkdən bunu edir. O mahnıları oxuyanlar da narkotikdən əziyyət çəkirlər. O da bundan qurtulmaq istəyir. Niyyət var, amma yol düz deyil"."Xüsusi janrda ifa edən müğənnilərin əksəriyyəti narkotik aludəçisi olurlar. Biz bu gün bunun hansısa inzibati resusla qarşısını ala bilmərik. O mahnı oxuyan da azərbaycanlıdır. Onun da ətrafında bacısı, qardaşı uşağı, bir sözlə doğmaları var. Birinci növbədə özü bunu dərk etməlidir ki, bu mahnı onun doğmalarına təsir edə bilər. Tutaq ki, narkotiki təbliğ edən mahnını ifa edəni məsuliyyətə cəlb etdilər. İnsan hüquqları təşkilatları töküləşəcəklər, adamı qəhraman edəcəklər. Problem ikiqat artacaq" - deyə psixoloq fikrini tamamladı.Tanınmış yutuber Nail Kərimli narkotik qurbanları haqqında videoroliklər hazırlayır. O bildirir ki, nakrotik qurbanlarının içində elələri var ki, mahnın təsirinə düşüb qəbul ediblə. N.Kərimli qeyd edib ki, bu cür mahnılar gənclərdə narkomaniyaya maraq oyadır: "Bu cür mahnıların ölkəmizdə yayılmasına yol verilməməlidir. Xüsusilə Daxili İşlər Nazirliyi bu işlə məşğul olmalıdır. Bu cür mahnıları oxuyan, təbliğ edən müğənnilərə cəza kəsilməlidir. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu cür mahnıların yayılmasının qarşısı alınsın".Xatırladaq ki, bir müddət öncə musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb. O, məhkəmənin qərarı ilə məcburi müalicə üçün narkoloji dispanserə yerləşdirilib, araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42210/56/422105662_198:0:2929:2048_1920x0_80_0_0_b9493d6504a86ac3cc8f72bca901ea25.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, təbliğ, mahnı
Narkotiki təbliğ edən mahnılara qarşı hanı cəza tədbirləri görülməlidir?
Sosial şəbəkələrdə, əsasən də "YouTube"da narkotik vasitələri təbliğ edən, janrı bəlli olmayan musiqi-meyxanalar geniş yayılıb. Açıq-aşkar narkomaniyanın təbliğ olunduğu bu klipləri əsasən gənclər izləyirlər
BAKI, 9 noyabr — Sputnik. Son illər sosial şəbəkələrdə, əsasən də "YouTube"da narkotik vasitələri təbliğ edən, janrı bəlli olmayan musiqi-meyxanalar geniş yayılıb. Açıq-aşkar narkomaniyanın təbliğ olunduğu bu klipləri əsasən gənclər izləyirlər. Çox təəssüf ki, belə videolar yeniyetmə və azyaşlılar arasında da populyarlaşıb. Musiqi ilə təbliğ olunan narkomaniya ciddi narahatlıq doğurur. Bu mahnıların təbliği yeyetmələrə nə kimi təsir edə bilər?
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bu mahnılar müəyyən məqamlarda onları yönləndirə, yeniyetmələrin düşüncə və davranışına, ünsiyyətlərinə öz təəssirini göstərə bilər. Psixoloqun sözlərinə görə, bu problem uzun illərdir ki, var: "Hətta sosial platformalarda baxsaq görərik ki, onları kifayət qədər izləyənlər var. Problem ondadır ki, biz bunu dayandıra da bilmərik".
Bəs, vəziyyətdən çıxış yolu nədir?
E. Rüstəmov bildirir ki, yeniyetmələri təhsilə cəlb etməklə, təhsildən yayınan məktəblilərlə xüsusi işlər aparmaqla bu problemi müəyyən qədər çözə bilərik: "Burada söhbət valideyinin diqqətli olmasından, məktəbin zəruri diqqət göstərməsindən çox şey aslıdır. Burada həm müəllimlər, həm də valideynlərdən diqqət tələb olunur. Təhsildən yayınan uşaq narkotikin potensial qurbanlarından ola bilər. Təhsilli də düşə bilər, amma etimal azdır".
Müsahibimiz bununla bağlı konseptual işlər görməyin vacibliyini vurğuladı. Onun sözlərinə görə, bu sahədə cəmiyyətdə maarifləndirmə işləri aparmalıdır. Bundan da əlavə, profilaktik tədbirlər aparmaq lazımdır. Məktəblərdə profilaktik tədbirlər aparılarsa, problemi qismən tənzimlək olar: "Əvvələr də, indi də xarici filmlərə baxsaq görürük ki, hansısa narkotik vasitə qəbul edənin bahalı maşını, villası, təyyarəsi var. O filmə baxan uşaq, yeniyetmə düşünür ki, o təyyarəni əldə etmək üçün narkotik istifadəçisi olmaq lazımdır. Bu filmlər, mahnılar bəşəriyyəti zəhərləmək üçün ən güclü vasitədir. Dünyada ən böyük qaçaqmalçılıq, ticarət bu sahədədir. Narkotik ticarəti ilə məşğul olanlar filmlərdə, sosial şəbəkələrdə şüuraltı infeksiyanı yayırlar. Mən demirəm o mahnını oxuyan bilərkdən bunu edir. O mahnıları oxuyanlar da narkotikdən əziyyət çəkirlər. O da bundan qurtulmaq istəyir. Niyyət var, amma yol düz deyil".
"Xüsusi janrda ifa edən müğənnilərin əksəriyyəti narkotik aludəçisi olurlar. Biz bu gün bunun hansısa inzibati resusla qarşısını ala bilmərik. O mahnı oxuyan da azərbaycanlıdır. Onun da ətrafında bacısı, qardaşı uşağı, bir sözlə doğmaları var. Birinci növbədə özü bunu dərk etməlidir ki, bu mahnı onun doğmalarına təsir edə bilər. Tutaq ki, narkotiki təbliğ edən mahnını ifa edəni məsuliyyətə cəlb etdilər. İnsan hüquqları təşkilatları töküləşəcəklər, adamı qəhraman edəcəklər. Problem ikiqat artacaq" - deyə psixoloq fikrini tamamladı.
Tanınmış yutuber Nail Kərimli narkotik qurbanları haqqında videoroliklər hazırlayır. O bildirir ki, nakrotik qurbanlarının içində elələri var ki, mahnın təsirinə düşüb qəbul ediblə. N.Kərimli qeyd edib ki, bu cür mahnılar gənclərdə narkomaniyaya maraq oyadır: "Bu cür mahnıların ölkəmizdə yayılmasına yol verilməməlidir. Xüsusilə Daxili İşlər Nazirliyi bu işlə məşğul olmalıdır. Bu cür mahnıları oxuyan, təbliğ edən müğənnilərə cəza kəsilməlidir. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu cür mahnıların yayılmasının qarşısı alınsın".
Xatırladaq ki, bir müddət öncə musiqi ilə narkomaniyanı təbliğ edən İlkin Çərkəzoğlu (Hüseynli) polis tərəfindən saxlanılıb. O, məhkəmənin qərarı ilə məcburi müalicə üçün narkoloji dispanserə yerləşdirilib, araşdırmalar davam etdirilir.