https://sputnik.az/20221109/meyxanaci-resad-dagli-qonsusunu-qetle-yetirib-448376999.html
Prokurorluq Rəşad Dağlı ilə bağlı məlumat yayıb
Prokurorluq Rəşad Dağlı ilə bağlı məlumat yayıb
Sputnik Azərbaycan
Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb. 09.11.2022, Sputnik Azərbaycan
2022-11-09T10:49+0400
2022-11-09T10:49+0400
2022-11-09T10:53+0400
hadisə
qətl
qonşu
meyxanaçı
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/09/448378939_0:0:1201:676_1920x0_80_0_0_c270d0f0eebbe23c6ff5b590a46df4bc.jpg
BAKI, 9 noyabr - Sputnik. Prokurorluq məşhur meyxanaçı Rəşad Dağlının (Əmirov) törətdiyi qətl barədə məlumat yayıb.Qaradağ rayon prokurorluğundan daxil olan məlumata görə, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.İş üzrə istintaq davam edir.***Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.APA xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla (Dağlı) qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.Faktı APA-ya DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/09/448378939_43:0:1110:800_1920x0_80_0_0_f47e0a1c5fe1d7b1980c5d945ecae6d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qətl, qonşu, meyxanaçı
Prokurorluq Rəşad Dağlı ilə bağlı məlumat yayıb
10:49 09.11.2022 (Yenilənib: 10:53 09.11.2022) Rəşad Dağlıya Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.
BAKI, 9 noyabr - Sputnik. Prokurorluq məşhur meyxanaçı Rəşad Dağlının (Əmirov) törətdiyi qətl barədə məlumat yayıb.
Qaradağ rayon prokurorluğundan daxil olan məlumata görə, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
Rəşad Dağlı kimi tanınan məşhur meyxanaçı qonşusunu qətlə yetirib.
APA xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.
Belə ki, Lökbatan dairəsində Rəşad Əmirovla (Dağlı) qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.
R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib.
Hadisəni törədən 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə iş açılıb.
Faktı APA-ya DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.