CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbli intiharları ilə psixolqlar arasındakı bağ

© AFP 2024 / INA FASSBENDERMəktəbdə boş sinif otağı, arxiv şəkli
Məktəbdə boş sinif otağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.11.2022
Abunə olmaq
Millət vəkili Etibar Əliyev Elm və Təhsil naziri Emin Əmrullayevin, məktəb psixoloqlarının fəaliyyəti ilə şagird intiharları arasında əlaqə olmaması barədə fikri ilə razı deyil.
BAKI, 9 noyabr - Sputnik. "Elm və Təhsil naziri Emin Əmrullayevin, məktəb psixoloqlarının fəaliyyəti ilə şagird intiharları arasında əlaqə görünmür, fikri ilə razı deyiləm. İntihar hadisələrində psixoloqların rolunu inkar etmək heç cür mümkün deyil. Maraqlıdır, məktəblərdə psixoloqlar varsa, onlar nə işlə məşğuldurlar?"
Bunu Milli Məclisin Elm və Təhsil komitəsinin deputatı Etibar Əliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib.
İntihara meylli həssas təbəqlərin övladları ilə daha yaxından işlər aparılmalıdır. Bu mənada millət vəkili E.Əliyev qeyd edir ki, uşaq psixologiyası çox həssas olduğundan belə həssas təbəqədən olan ailələrin övladları anidən diqqətlərini başqa istiqamətə - intiharlara səbəb olan zərərli vərdişlərə də yönəldə bilərlər.
"Qeyd edim ki, bullinq hallarının da məktəbli intiharına təsiri var. Yaxşı psixoloq davranışlara nəzarət etməlidir. Bəzi hallarda deyirlər ki, məktəblərdə şagird sayı çoxdur, psixoloqlar buna nəzarət edə bilmir. Əslində etiraf edək ki, məktəblərdə psixoloq ştatına bir o qədər diqqət də ayrılmır. Psixoloqun məktəbdə olub-olmaması direktor üçün heç əhəmiyyətli də deyil", - deyə o əlavə edib.
Psixoloqlarla bağlı problemin kökü isə ali məktəblərdəki təhsil səviyyəsinin aşağı olmasından başlayır
Ölkədə psixologiya elminin tədrisinin bərbad vəziyyətdə olduğunu deyən millət vəkili bildirir ki, dəfələrlə bu problemi qaldırsa da, psxiologiya elminin tədrisi ilə bağlı vəziyyət dəyişmir: "Təəssüflər olsun ki, ali məktəblərdə psixologiya lazımınca tədris edilmədiyi üçün ehtimal edirəm ki, intiharlar da tələbələrə öyrədilmir. Zəif müətxəssislər zəif psixoloqlar yetişdirirlər. Nəticədə də bu cür hallarda onların fəaliyyəti nəzərə alınmır".
Məktəbli intiharlarının əsas səbəbləri nədir?
Millət vəkili deyir ki, bir neçə məktəbli intiharı ilə bağlı müəyyən detalları araşdırdıqda məlum olub ki, həmin azyaşlıların ailələrində də problemlər olub: "Müəllim uşağın apatiya vəziyyətində olduğunu görürsə, mütləq onun valideynlərinə baş çəkməlidir, səbəbləri öyrənməlidir. Yəni, detallarını öyrəndiyim məktəbli intiharında məktəblə ailə bir-birini tamamlayıb".
O deyir ki, psixoloq və müəllimlər birgə işləyərsə, belə intihar hadisələrinin qarşısı alınar.
Psixoloq Elnur Rüstəmov isə məktəb psixoloqlarının fəaliyyəti ilə şagird intiharları arasında birbaşa əlaqənin olmadığını deyir: "İntihar hadisələrini birbaşa olaraq məktəblə əlaqələndirmək doğru olmasa da, bir vasitə, dolayısı olaraq bunu məktəblə əlaqələndirə bilərik".
Müəyyən problemlərə toxunan psixoloq deyir ki, bir ailədə konflikt , boşanma varsa, bir ailədə zərərli vərdişdən əziyyət çəkən varsa, həmin ailədən çıxan uşaq özünün psixoloji cəhətdən məktəbdə normal hiss edə bilməz: "Belə olan halda şagirdin bütün fikir ailədə qalır. Belə uşaqlar intihara meyilli risk qrupuna daxildirlər. Onlar zaman zaman intihara cəhd edirlər. Məktəblərdəki psixoloqların əsas işi belə uşaqları aşkarlayıb onlarla iş görməlidir. Təəssüflər olsun ki, belə şagirdləri aşkarlaya bilməyən məktəblərin, psixoloqların sayı bu işi icra edənlərlə müqayisədə çoxdur".
O bildirir ki, təshil müəssisələrində psixoloji xidmət qurulmalıdır, bu kimi halların olmaması üçün psxioloji xidmət əlçatan olmalıdır: "Məktəblininin problemi varsa, bununla bağlı özü və ailəsi məktəb psixoloquna müraciət edərək o bu xidmətdən, dəstəkdən yararlanmalıdır. Abituriyentlərin özünün də psixoloji dəstəyə ehtiyacları var".
"Məktəblərdə bullinq halının olması danılmazdır. Bullinq hallarının qarşısını almaq üçün tədbirlər görülsə də, bunu yetərli hesab edə bilmərik. Bullinq hallarının qarşısını almaq üçün profilaktik tədbirlər görmək lazımdır. Bullinq halları da intihara səbəb olur", - deyə o əlavə edib.
E.Rüstəmov qeyd edirk i, təhsilin böyük bir qismini psixologiya təşkil edir: "Sual yaranır: bütün məktəblərdə psixoloq varmı? Rayonlarda, kəndlərə ixtisaslı psixoloq göndərmək çətindir. Ümumiyyətlə, bu istiqamətdə mövcud probemlər də kifayət qədərdir. Əsas problemlərdən biri də elə kadr potensialı ilə bağldır".
"Düzdür, qeyd etməliyik ki, məktəblərdə psxioloji xidmətlər qənaətbəxş olmasa da, beş il öncə ilə müqayisədə irəliləyişlər var. Bu prosesi birdən-birə düzəltmək asan deyil", - deyə o əlavə edib.
Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayev brifinqdə "məktəb psixoloqlarının fəaliyyəti ilə şagird intiharları arasında əlaqə görünmür", deyə bildirmişdi. Nazir qeyd edib ki, məktəb psixoloqlarında intiharın səbəbini axtarmaq və ona yönəlmək doğru deyil, bunun səbəbləri tam başqadır.
Xəbər lenti
0