CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kasıb əhalinin ərzaq əlçatanlığı necə təmin oluna bilər?

© Sputnik / Murad OrujovBakıda supermarketdə alıcı, arxiv şəkli
Bakıda supermarketdə alıcı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.11.2022
Abunə olmaq
Sosial yardımlar üçün ayrılan vəsaitlər az olmasa da, əlçatanlıq istənilən səviyyədə deyil
BAKI, 9 noyabr - Sputnik. Azərbaycanda sosial müavinətin əlçatanlığı ilə bağlı bəzi problemlər var. Düzdür, bu istiqamətdə ayrılan vəsait az deyil, büdcənin 40 faizə yaxını sosial yönümlüdür. Faiz nisbətində bu yaxşı rəqəmdir. Lakin sosial layihələrə ehtiyacı olan şəxslərin buna əlçatanlığında müəyyən problemlər var.
Sputnik Azərbycan-a açıqlamasında əhalinin aşağı təbəqəsinin də ərzağa əlçatanığının təmin olunmasından danışan iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib. O bildirib ki, bu sahədə daha ciddi şəkildə şəffaflığın artırılmasına ehtiyac var: "Müxtəlif QHT-lər, vətəndaş cəmiyyətlərinin də birbaşa iştirakı ilə ünvana çatabiləcək sosial yardımlar paketinin olması daha doğru olardı. Çünki bu sahədə dövlət bütün məsuliyyəti, paylayıcı funksiyanı üzərinə götürübsə, 100 minlərlə insanın əlçatanlığını təmin etmək çətin olur. Fiziki olaraq bunu icra etmək çətindir. Çünki sosial müdafiə qurumlarında işləyənlərin sayı məhdud olsa da, ehtiyacı olanların sayı bəlkə də 100 minlərlədir".
Dövlət büdcəsinin sösialyönümlülüyündən danışan millət vəkili Kamilə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, beynəlxalq qurumlar Azərbaycan büdcəsinin dünyada ən sosial yönümlü dövlət büdcəsi olduğunu qeyd edir: "Ölkə başçısının tapşırığı ilə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində sosial paketlər hazırlanır. Bununla da əmək haqları, sosial müavinətlərin miqdarı artırılır. Bütün dünyada ərzaq böhranı yaşanır. Lakin ən böyük iqtisadiyyatı olan ölkələrdə də infilyasiya həddi yüksəlməkdədir. Ölkəmizdə əhalini ən çox narahat edən ərzaq məhsullarının bahalaşmasıdır ki, bunun da əsas səbəblərindən biri müharibələrdir. Çünki bunadək də Rusiya və Ukrayna əsas ərzaq ixracatçıları olub".
O bildirir ki, Azərbaycanda ərzaq məhsullarının qiymətinin artırılmasının qarşısını almaq üçün bir neçə dəfə baş nazirin yanında müşavirələr keçirilib: "Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə süni şəkildə qiymət artımı edən şirkətlərə qarşı ciddi tədbirlərin görülməsi tapşırıqları da verilib. Güman edirəm ki, bu addımlar da yaxın vaxtlard müsbət nəticələrini verəcək".
Qeyd edək ki, digər millət vəkili Razi Nurullayev da bir neçə dəfə bu problemə toxunub. O bildirib ki, hazırda da müəyyən məsələlər üzərində düşünür ki, hansı təklifləri verməklə kasıb insanların qiymət artımından çəkdikləri əziyyətləri az da olsa yüngülləşdirmək mümkün olsun. O bildirir ki, bunun üçün dövlət tərəfindən hansısa yardım paketlər nəzərdə tutulsun ki, onların vəziyyəti yüngülləşsin.
Millət vəkili yenisabah-a açıqlamasında isə bildirib ki, elə etmək lazımdır ki, insanlar əvvəl bazarlığa 100 manatla gedirdilərsə, indi 300 manatla getsinlər. Əvvəl kartlarına 300 manat əmək haqqı gəlirdisə, indi 600 manat gəlsin: "Məsələni yalnız bu şəkildə həll edilə bilər. Biz zorla iş adamına “qiymətləri aşağı sal” desək, o qiyməti aşağı salsa da 1 kiloqramlıq çörəyi 700 qram edəcək, yaxud tərəzidə aldadacaq. Bu çıxış yolu deyil, o baxımdan, insanların qazancını artırmaq lazımdır”.
Deputat qiymət artımından zərər görməmək üçün kiçik və orta sahibkarlığa dəstək verilməsi, yeni rəqabətli iş yerlərinin açılmasının vacibliyini vurğulayıb.
Xəbər lenti
0