https://sputnik.az/20221109/azerbaycanda-gelen-il-ucun-yasayis-minimumu-ve-ehtiyac-meyari-artirilir-448348630.html
Azərbaycanda gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır
Azərbaycanda gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır
Sputnik Azərbaycan
Deputatın fikrincə, 2023-cü ildə ehtiyac meyarının həddinin ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi müsbət haldır. Artımın olması həm də... 09.11.2022, Sputnik Azərbaycan
2022-11-09T14:18+0400
2022-11-09T14:18+0400
2022-11-09T14:18+0400
yaşayış minimumu
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268521_0:56:2001:1181_1920x0_80_0_0_73fc44d4af7f06a4b5d22484d4cacff4.jpg
BAKI, 9 noyabr - Sputnik. Azərbaycanda gələn il yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabər məbləğdə olacaq.Gələn il ölkə üzrə yaşayış minimumunun məbləğinin 36 manat, ehtiyac meyarının həddinin isə 46 manat artırılaraq 246 manat olacağı nəzərdə tutulur. Bu məsələ "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Bu il yaşayış minimumu ölkə üzrə 210 manat, ehtiyac meyarının həddi isə 200 manat müəyyən edilib. Beləliklə, 2023-cü ildə yaşayış minimumunun məbləği 2022-ci illə müqayisədə 17,14 faiz, ehtiyac meyarının həddi isə 23 faiz artırılaraq 246 manat olacaq.Ehtiyac meyarının həddi artdıqca ünvanlı sosial yardımın məbləği də qalxırMəsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, ehtiyac meyarının həddi ünvanlı sosial yardımın məbləğinin müəyyən edilməsi üçün istifadə olunur: "Ehtiyac meyarının həddi artdıqca ünvanlı sosial yardımın məbləği də qalxır. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Məsələn, gələn il ehtiyac meyarı 246 manat olarsa, 5 nəfərlik ailə üçün aylıq ehtiyac meyarına uyğun olaraq xərclər 1230 manat hesablanacaq. Əgər həmin ailənin aylıq ümumi gəliri 700 manatdırsa, onda ailəyə 530 manat (1230 manat – 700 manat =530 manat) ünvanlı sosial yardım təyin ediləcək. Ehtiyac meyarının məbləği nə qədər artırsa, ailənin aldığı yardımın həcmində də artım olur"."2023-cü ildə ehtiyac meyarının həddinin ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi müsbət haldır. Artımın olması həm də ünvanlı sosial yardım alan ailələrin daha çox vəsait əldə etməsinə imkan verəcək"-deyə deputat qeyd edib.Ehtiyac meyarı ləğv edilsin - TəklifDeputat təklif edir ki, növbəti mərhələdə ehtiyac meyarı ləğv edilsin: "Çünki ehtiyac meyarının ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi növbəti mərhələdə ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumundan istifadə edilməsinə imkan yaradacaq. Bu halda daha məqsədəuyğun olardı ki, ünvanlı sosial yardım proqramında da yaşayış minimumu meyarından istifadə olunsun".Ünvanlı sosial yardım kimlərə şamil edilir?Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.Həmin səbəblərə daxildir: ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:-tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrindəyaşayan şəxslər);-müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;-cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;-axtarışda olan şəxslər;-Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;-əcnəbilər(Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.Sosial yardım almaq hüququna yenidən baxılmasıSosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada geri qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.Sosial yardım nağdsız qaydada ödənilirSosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır.Yaşayış minimumu ildə bir dəfə yenidən hesablanırXatırladaq ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir.Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir və rəsmi dövlət nəşrlərində dərc olunur.Yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur:-aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılmasında və tətbiqində;-aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında;-əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;-fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında;-əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində;-dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268521_37:0:1810:1330_1920x0_80_0_0_4dcb00be73187aabe10d3654b5f85ef7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yaşayış minimumu
Azərbaycanda gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı artırılır
Deputatın fikrincə, 2023-cü ildə ehtiyac meyarının həddinin ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi müsbət haldır. Artımın olması həm də ünvanlı sosial yardım alan ailələrin daha çox vəsait əldə etməsinə imkan verəcək.
BAKI, 9 noyabr - Sputnik. Azərbaycanda gələn il yaşayış minimumu ilə ehtiyac meyarının həddi bərabər məbləğdə olacaq.
Gələn il ölkə üzrə yaşayış minimumunun məbləğinin 36 manat, ehtiyac meyarının həddinin isə 46 manat artırılaraq 246 manat olacağı nəzərdə tutulur. Bu məsələ "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Bu il yaşayış minimumu ölkə üzrə 210 manat, ehtiyac meyarının həddi isə 200 manat müəyyən edilib. Beləliklə, 2023-cü ildə yaşayış minimumunun məbləği 2022-ci illə müqayisədə 17,14 faiz, ehtiyac meyarının həddi isə 23 faiz artırılaraq 246 manat olacaq.
Ehtiyac meyarının həddi artdıqca ünvanlı sosial yardımın məbləği də qalxır
Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, ehtiyac meyarının həddi ünvanlı sosial yardımın məbləğinin müəyyən edilməsi üçün istifadə olunur:
"Ehtiyac meyarının həddi artdıqca ünvanlı sosial yardımın məbləği də qalxır. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Məsələn, gələn il ehtiyac meyarı 246 manat olarsa, 5 nəfərlik ailə üçün aylıq ehtiyac meyarına uyğun olaraq xərclər 1230 manat hesablanacaq. Əgər həmin ailənin aylıq ümumi gəliri 700 manatdırsa, onda ailəyə 530 manat (1230 manat – 700 manat =530 manat) ünvanlı sosial yardım təyin ediləcək. Ehtiyac meyarının məbləği nə qədər artırsa, ailənin aldığı yardımın həcmində də artım olur".
"2023-cü ildə ehtiyac meyarının həddinin ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi müsbət haldır. Artımın olması həm də ünvanlı sosial yardım alan ailələrin daha çox vəsait əldə etməsinə imkan verəcək"-deyə deputat qeyd edib.
Ehtiyac meyarı ləğv edilsin - Təklif
Deputat təklif edir ki, növbəti mərhələdə ehtiyac meyarı ləğv edilsin: "Çünki ehtiyac meyarının ölkə üzrə yaşayış minimumunun məbləği ilə bərabərləşməsi növbəti mərhələdə ehtiyac meyarının ləğv edilməsi və yalnız yaşayış minimumundan istifadə edilməsinə imkan yaradacaq. Bu halda daha məqsədəuyğun olardı ki, ünvanlı sosial yardım proqramında da yaşayış minimumu meyarından istifadə olunsun".
Ünvanlı sosial yardım kimlərə şamil edilir?
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Həmin səbəblərə daxildir: ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması.
Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.
Sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
-tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrindəyaşayan şəxslər);
-müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
-cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
-Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
-əcnəbilər(Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Sosial yardım almaq hüququna yenidən baxılması
Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir.
Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada geri qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.
Sosial yardım nağdsız qaydada ödənilir
Sosial yardım ayda bir dəfə aztəminatlı ailənin təmsilçisinin adına olan kart hesabına mərkəzləşdirilmiş şəkildə tam məbləğdə və nağdsız qaydada ödənilir. Sosial yardımın məbləği ailə tərəfindən ardıcıl gələn 2 ay müddətində kart hesabından götürülmədikdə, sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna təmsilçinin müraciəti əsasında yenidən baxılır.
Yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır
Xatırladaq ki, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ildə bir dəfə yenidən hesablanır və dövlət büdcəsi ilə birgə təsdiq edilir.
Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir və rəsmi dövlət nəşrlərində dərc olunur.
Yaşayış minimumundan aşağıdakı məqsədlər üçün istifadə olunur:
-aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılmasında və tətbiqində;
-aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında;
-əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;
-fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında;
-əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində;
-dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında.