https://sputnik.az/20221109/abs-da-astronomik-meblegde-cekpot-udulub-448382672.html
ABŞ-da astronomik məbləğdə cekpot udulub
ABŞ-da astronomik məbləğdə cekpot udulub
Sputnik Azərbaycan
1992-ci ildə əsası qoyulan Powerball lotereyasını ABŞ-ın 50 ştatından 44-ü və daha üç Amerika ərazisi oynayır. 09.11.2022, Sputnik Azərbaycan
2022-11-09T13:50+0400
2022-11-09T13:50+0400
2022-11-09T13:50+0400
dünya xəbərləri
cekpot
lotereya
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372810_0:123:3055:1841_1920x0_80_0_0_d50193bf07da72ad74cf3f388625a515.jpg
BAKI, 9 noyabr - Sputnik. Amerikanın Powerball lotereyası bazar ertəsi tirajından sonra alınan biletlərdən birinin cekpotu udduğunu açıqlayıb. Beləliklə, şanslı biletin naməlum sahibi tarixin ən böyük cekpotunu - 2,04 milyard dollar (təxminən 3,5 milyard manat) qazanıb. Bu barədə BBC xəbər verir.Uduşlu lotereya biletini konkret kimin aldığı barədə hələlik məlumat verilməsə də, onun Kaliforniyadan, Los-Angeles yaxınlığından alındığı məlumdur.Powerball biletlərinin qiyməti 2 dollardır və budəfəki qalibin ya vergilərdən əvvəl (bir qədər kiçik) 997,6 milyon dollar (təxminən 1,7 milyard manat) birdəfəlik ödəniş, ya da 29 il ərzində köçürülən annuitet (yəni illik ödəniş) kimi tam məbləği seçmək imkanı var. Demək olar ki, bütün qaliblər nəğd ödəniş variantını seçirlər.1992-ci ildə əsası qoyulan Powerball lotereyasını ABŞ-ın 50 ştatından 44-ü və daha üç Amerika ərazisi oynayır.İspan Milad Lotereyası (Sorteo Extraordinario de Navidad) dünyanın ən böyük ümumi mükafat fonduna malik lotereya oyunu hesab edilsə də, ən böyük lotereya uduşları ABŞ-dadır.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/1f/442372810_207:0:2938:2048_1920x0_80_0_0_9d9dd8d64b80e2113d3de2ff1a17ee0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
cekpot, lotereya, abş
ABŞ-da astronomik məbləğdə cekpot udulub
1992-ci ildə əsası qoyulan Powerball lotereyasını ABŞ-ın 50 ştatından 44-ü və daha üç Amerika ərazisi oynayır.
BAKI, 9 noyabr - Sputnik. Amerikanın Powerball lotereyası bazar ertəsi tirajından sonra alınan biletlərdən birinin cekpotu udduğunu açıqlayıb. Beləliklə, şanslı biletin naməlum sahibi tarixin ən böyük cekpotunu - 2,04 milyard dollar (təxminən 3,5 milyard manat) qazanıb. Bu barədə BBC xəbər verir.
Uduşlu lotereya biletini konkret kimin aldığı barədə hələlik məlumat verilməsə də, onun Kaliforniyadan, Los-Angeles yaxınlığından alındığı məlumdur.
Powerball biletlərinin qiyməti 2 dollardır və budəfəki qalibin ya vergilərdən əvvəl (bir qədər kiçik) 997,6 milyon dollar (təxminən 1,7 milyard manat) birdəfəlik ödəniş, ya da 29 il ərzində köçürülən annuitet (yəni illik ödəniş) kimi tam məbləği seçmək imkanı var. Demək olar ki, bütün qaliblər nəğd ödəniş variantını seçirlər.
1992-ci ildə əsası qoyulan Powerball lotereyasını ABŞ-ın 50 ştatından 44-ü və daha üç Amerika ərazisi oynayır.
İspan Milad Lotereyası (Sorteo Extraordinario de Navidad) dünyanın ən böyük ümumi mükafat fonduna malik lotereya oyunu hesab edilsə də, ən böyük lotereya uduşları ABŞ-dadır.